7-10 noyabr tarixlərində Şamaxıda aqronom və fermerlər üçün xüsusi təlim keçiriləcək
İQTİSADİYYAT
10:34
25.10.2023
Baxılıb: 3484
7-10 noyabr tarixlərində Şamaxıda aqronom və fermerlər üçün xüsusi təlim keçiriləcək

“Azərbaycan-İtaliya Birgə Təlim Proqramı” çərçivəsində noyabr ayının 7-dən 10-dək Şamaxı rayonunda aqronom və fermerlər üçün xüsusi təlimlər keçiriləcək. Təlim proqramının əsas məqsədi meyvə təsərrüfatlarında risklərin idarə edilməsi üsulları haqqında fermerlərlə beynəlxalq təcrübəni paylaşmaqdır.

 

Nəzəri və praktiki mövzuları əhatə edən xüsusi təlim modulu İtaliyanın ixtisaslaşmış tingçilik, meyvə-tərəvəz məhsullarının çeşidləmə-qablaşdırılması və suvarma texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan olan “Battistini vivai”, “Sorma Group” və “Future L’irrigazione” şirkətlərinin və Boloniya Universitetinin mütəxəssislərindən ibarət işçi heyət tərəfindən hazırlanıb. Təlim gilas, şaftalı, nektarin və əriyin yeni sortları, becərilmə qaydaları, innovativ aqrotexniki qulluq, müasir suvarma sistemləri və digər mövzuları əhatə edir.

 

Fermerlərin tələbləri nəzərə alınaraq əsas təlim modulları xəstəlik və zərərvericilərlə mübarizə, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin düzgün tətbiqinə həsr olunub. Bunlarla yanaşı, torpaqdan davamlı istifadə qaydaları, suvarma sistemləri və bitkilərin su tələbinin hesablanması, texnikalardan düzgün istifadə qaydaları, budama və digər tədbirlər haqqında fermerlərə ətraflı məlumat veriləcək.

 

Təlimlər hər gün 5 saat olmaqla 4 gün davam edəcək. Nəzəri təlimlərin Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı Üzüm Tingçilik Mərkəzində, praktiki təlimlərin isə fermerlərin təsərrüfat sahələrində keçirilməsi nəzərdə tutulur.

 

Ünvan: Şamaxı rayonu, Göylər yolu, Üzüm Tingçilik Mərkəzi

Əlaqələndirici şəxs: Əliağa Şükürlü

Tel: 050 712 89 49

E-mail: [email protected]

Digər xəbərlər