Danimarka Rusiya nefti daşıyan tankerləri yoxlayacaq
14:42
15.11.2023
Baxılıb: 3070
Danimarka Rusiya nefti daşıyan tankerləri yoxlayacaq

Danimarka Brüsselin Rusiyadan dəniz yolu ilə neft tədarükünü tənzimləməklə bağlı yeni planlarına uyğun olaraq, Danimarka boğazlarından keçən Rusiya neftini daşıyan tankerləri yoxlamaq niyyətindədir.

 

“Financial Times” məlumatlı mənbələrə istinadən xəbər verir ki, əsasən sığortası olmadan Danimarka boğazlarından tranzit keçən neft tankerlərin yoxlanılması nəzərdə tutulur. Bu hərəkətə qanunla ekoloji təhlükə hesab edilən gəmiləri yoxlamaq icazəsi verilir.

 

Ekspertlərin fikrincə, Rusiya dəniz neftinin dünya bazarlarına ixracının təxminən 60%-i Baltik dənizindən Şimal dənizinə qədər Danimarka boğazlarından keçir.

Digər xəbərlər