Antonio Guttereş BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
SİYASƏT
16:51
08.12.2023
Baxılıb: 2759
Antonio Guttereş BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb

Bugün Qəzza zolağında dərhal atəşkəs rejiminin yaradılması məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası planlaşdırılır.

 

BMT Nizamnaməsinin 99-cu maddəsinə əsasən Baş Katib beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına təhlükə yarada biləcəyinə inandığı istənilən məsələni Təhlükəsizlik Şurasının diqqətinə çatdırmağa imkan verir. Antonio Guttereş də bu hüququndan istifadə edərək Təhlükəsizlik Şurasının iclasını çağırıb. 

 

Qeyd edək ki, BMT-nin keçmiş baş katibləri son onilliklər ərzində bu hüquqdan istifadə etməyiblər.

 

Bugünkü sessiya BMT Təhlükəsizlik Şurasının üzvlərinin Qəzza zolağındakı vəziyyətə vahid yanaşma nümayiş etdirmək üçün sayca beşinci cəhd olacaq. Əvvəlki iclaslarda səslənən təkliflər qəbul edilməyib.

Digər xəbərlər