Ağstafa rayonunda qeydiyyatsız alkoqolsuz içkilərin istehsalı müəssəsi aşkarlanıb
REGİONAL MƏTBUAT
16:39
17.10.2023
Baxılıb: 3034
Ağstafa rayonunda qeydiyyatsız alkoqolsuz içkilərin istehsalı müəssəsi aşkarlanıb

Ağstafa rayonu, Həsənsu kəndində yerləşən, fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

 

Baxış zamanı sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istehsal prosesində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati tədbir görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Digər xəbərlər