Qanunsuz fəaliyyət göstərən çörək istehsalı müəssisəsi aşkarlanıb
REGİONAL MƏTBUAT
15:10
20.11.2023
Baxılıb: 2273
Qanunsuz fəaliyyət göstərən çörək istehsalı müəssisəsi aşkarlanıb

Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 4 ünvanında yerləşən, fiziki şəxs Ələsgərova Güllü Bəhlul qızına məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

 

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi məlum olub.

 

Həmçinin müəssisədə divar və tavan səthlərinin tamlığının pozulduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal məhdudlaşdırılıb.

Digər xəbərlər