Çoxmənzilli binalarda çıxarış almaq üçün hansı sənədlər tələb olunur?
REGİONAL MƏTBUAT
14:58
11.12.2023
Baxılıb: 2276
Çoxmənzilli binalarda çıxarış almaq üçün hansı sənədlər tələb olunur?

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, MTK və ya MMC tərəfindən inşa edilərək istismara qəbul olunmuş yaşayış binasında yerləşən mənzilə çıxarışın alınması üçün iki sənəd lazımdır. 

Bu sənədlərə mənzilin vətəndaşa verilməsi barədə mənzil tikinti korporativi üzvlərinin ümumi yığıncağının qərarı və mənzilə dair pay haqqının vətəndaş tərəfindən tam ödənildiyini təsdiq edən sənəd. Bu sənədə mailiyyə arayışı da deyilir.

Əgər yaşayış binası MTK olmayan digər hüquqi şəxs, məsələn MMC və ya fiziki şəxs tərəfindən inşa olunmuşdursa həmin binada yerləşən mənzilə çıxarışın alınmas üçün bir sənəd – notariat qaydasında təsdiq edilmiş, alqı-satqı müqaviləsi tələb olunur.

Digər xəbərlər