Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

Müəlliflər üçün qaydalar

Məqalələrin məzmunu

Məqalələr aktual mövzulara həsr olunmalı, analitik xarakter daşımalı və akademik tələblərə cavab verməlidir. Elmi məqalənin “Giriş” hissəsində mövzunun aktuallığı əsaslandırılmalı, “Mətn” hissəsində tədqiq edilən məsələlər, qaldırılan problemlər bölmələr üzrə ətraflı şərh edilməli, “Nəticə” hissəsində elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq müəllifin gəldiyi elmi qənaət, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməli, təklif və tövsiyələr irəli sürülməlidir.

 

Məqalələrin strukturu, tərtib edilmə qaydaları və həcmi

Redaksiyaya təqdim edilən məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlərin qarşısında qoyduğu tələblərə (http://aak.gov.az) və Strateji Araşdırmalar Mərkəzinin qaydalarına (www.sam.az) tam cavab verməlidir. 

  1. Məqalələr dəqiq strukturlaşdırılmalıdır. Hər bir məqalədə ardıcıl olaraq:
  • UOT indekslər və ya PACS tipli kodlar;
  • “Məqalənin adı”, “Müəllifin adı və soyadı”, “Müəllifin işlədiyi qurumun adı və ünvanı”, “Müəllifin vəzifəsi, elmi dərəcəsi, elektron poçt ünvanı”;
  • “Açar sözlər” (Azərbaycan, ingilis və rus dillərində - 7 söz və söz birləşməsindən az olmayaraq),
  • “Giriş”, “Mətn” (yarımbaşlıqlara bölmək şərtilə), “Nəticə”, “İstifadə edilmiş ədəbiyyat siyahısı”
  • “Xülasə” (Azərbaycan, ingilis və rus dillərində eyni məzmunda 7-8 cümlədən az olmayaraq) verilməlidir.

2) Əlyazmaların mətni Microsoft Office Word proqramında A4 (210 x 297mm) formatda, Times New Roman - 12 şriftində, 1 intervalda, yuxarı və aşağıdan 25mm, soldan və sağdan 20mm boş yer saxlanılmaqla yığılmalıdır.

3) Məqalənin başlığı böyük hərflərlə, yarımbaşlıqları isə yalnız ilk hərfi böyük olmaqla, qalın şriftlə və nömrələndirilərək yazılmalıdır. Başlıq və yarımbaşlıqlardan, cədvəl və şəkillərdən (həmçinin tənliklər və düsturlardan) əvvəl və sonra bir sətir ara boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq yuxarı sağ küncdə nömrələnməlidir.

4) Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, ərəb rəqəmlərilə ardıcıl nömrələndirilən müvafiq olaraq “cədvəl” və “şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şiriftlə yazılmalıdır. Cədvəlin sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir.

Cədvəl və şəkillər biri-birini təkrarlamamalı, göstəricilər Beynəlxalq vahidlər sistemində (Sİ) verilməlidir. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq, onlar nömrələnməli,  “Cədvəl” və ya “Şəkil” sözü də yazılmamalıdır.

Şəkillər elektron formatda “jpg”, “tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Exsell, Adobe Illustrator, Potoshop, CorelDRAW və PowerPoint proqramlarından birində təqdim edilməlidir.

Düsturlar Microsoft Equation-də standart parametr ilə yığılmalıdır. Əlyazmada istifadə olunan düsturlarda rast gəlinən simvolların qiyməti və ədədi əmsallarının izahı, onların düsturdakı yerləşmə ardıcıllığı nəzərə alınaraq, bilavasitə düsturun altında verilir. Düstur sağ tərəfdə mötərizə daxilində nömrələnməli, hər bir simvolun və ədədi əmsalın qiyməti yeni sətirdə yerləşdirilməli və izahatın birinci sətri “burada” sözündən sonra yazılmalıdır. Tənliklər və düsturlar mətndən boş sətirlər vasitəsilə ayrılmalıdır.

5)Yuxarıdakı şərtlər nəzərə alınmaqla məqalələrin həcmi 8 səhifədən az olmamalıdır.

6) Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə zəruri istinadlar olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı ya istinad olunan ədəbiyyatların mətndə rast gəlinən ardıcıllıqla (məsələn, [1] və ya [1, s.120] kimi işarə olunmalı), ya da əlifba ardıcıllığı ilə nömrələnməlidir. Elmi ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam, dəqiq və orjinalın dilində olmalıdır. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir.

Mətndə istinad olunan bütün mənbələr, səhifə nömrələri ilə birlikdə “İstifadə edilmiş ədəbiyyat” siyahısında aşağıdakı nümunələrdə göstərilən qaydada verilməlidir:

a) Kitablar:

Adilov M.İ., Həsənov İ.C. Qloballaşma və milli mənəvi dəyərlər. Bakı: “Elm”, 2012, -476 s.

b) Jurnallar:

Şixəliyev  E.İ. Ermənilərin “din” strategiyasının əsas istiqamətləri. // “Strateji təhlil” jurnalı, №7(35), Bakı: “Elm”, 2013, s. 32-45.

c) Toplularda məqaləyə istinad (konfrans, simpozium və digər):

 “Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli inkişaf modelinin formalaşması problemləri”. / Respublika elmi-praktiki konfransının materialları. Bakı: “Şərq-Qərb”, 2010, s. 314-316.

ç) Dissertasiyalar və avtoreferatlar:

Məmmədov H.B. Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin aktoru kimi. Elmlər doktoru dissertasiyasının avtoreferatı, Bakı: “Elm”,  2013, -44s.

 

d) Müəlliflik şəhadətnamələri və patentlər

Алиев С.Г., Джалалов К.Х. А.С. 163514, СССР // Б.И. 1988, № 4, c.50

Langsam M., Savoca A. C.L. Pat. 4759776, USA, 1988.

e) İnternet səhifələri (internet səhifələrinə istinadlar mütləq gün, ay, il olmaqla, istifadə olunduğu tarix göstərilmək şərtilə tam ünvan şəklində olmalıdır):

http://www.stat.gov.az/#  (15.11.2013) /  2013-cü ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri.

Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.

Mətndə istifadə edilməyən mənbələr “İstifadə edilmiş ədəbiyyat” hissəsində göstərilməməlidir.

 

Məqalənin redaksiyaya təqdim edilmə qaydası

Məqalənin orijinalı 2 nüsxədə (həmçinin elektron forması kompakt diskdə) tədqiqatın aparıldığı müəssisənin göndəriş məktubuelmi şurasının müvafiq iclas protokolundan çıxarış ilə birgə müəllif(lər)in özü tərəfindən redaksiyaya (AZ 1005,  Bakı şəhəri, M.İbrahimov küçəsi 8. Strateji Araşdırmalar Mərkəzi) təqdim edilməlidir. Əlyazma mütləq müəllif(lər) tərəfindən imzalanmalı və onun redaksiyaya təqdimedilmə  tarixi göstərilməlidir.

Müəlliflər redaksiyaya təqdim edilən əlyazma ilə bağlı müvafiq “Müəllif anketi”ni doldurmalıdırlar. Göndəriş məktubu və müəllif anketinin nümunəsini jurnalın internet səhifəsindən (www.stj.sam.az) və ya redaksiyadan götürmək olar.

Məqalələrin elektron qaydada təqdim edilməsi də mümkündür. Bunun üçün müəlliflər  məqalələrini jurnalın elektron poçtuna (strateji_tehlil@sam.gov.az) göndərməlidirlər.

 

Məqalələrin resenziyalaşdırılması və dərci

Redaksiyaya təqdim edilən məqalələr (əlyazmalar) mütəxəssislər (resenzentlər) tərəfindən konfedensial olaraq resenziyalaşdırıldıqdan sonra redaksiya heyətinin mütəxəssis üzvlərindən biri tərəfindən çapa tövsiyə və ya təqdim edilir. Resenziyalaşdırma və təsdiqetmə müddəti ümumilikdə 3 aydır. Məqalələr resenziyalaşdırma prosedurunun nəticələri əsas götürülərək növbəlilik prinsipi ilə dərc edilir.

 

Müəlliflik hüquqları

Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüquqları “Strateji təhlil” jurnalına aiddir. Jurnalda çap edilmiş məqalələrin eynilə digər nəşrlərdə (məqalənin tezis şəklində dərc olunmuş variantı istisnadır) dərcinə yalnız Redaksiyanın yazılı icazəsi, sitatların verilməsinə isə mənbə göstərilmək şərti ilə yol verilir.

Əvvəllər çap olunmuş və ya cap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir.

Yuxarıda göstərilən tələblərə cavab verməyən məqalələr çap edilmir.

 

Nəşrin müəlliflərə təqdim edilməsi

Dərc olunmuş məqaləyə görə müəllifə qonorar və jurnalın bir nüsxəsi verilir.

Redaksiyanın ünvanı

AZ 1005,  Bakı şəhəri, M.İbrahimov küçəsi 8.

Strateji Araşdırmalar Mərkəzi.

Ələqə telefonları

596-82-36 / 37 (daxili 130/137).

 

“STRATEJİ TƏHLİL” jurnalının redaksiyası

 

 

© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.