Məqalələr

Beynəlxalq münasibətlər sistemində müstəqil və çoxşaxəli xarici siyasət yürüdən ölkə kimi Azərbaycanın hərtərəfli inkişafı İlham Əliyevin on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsidir Türk Dövlətləri Birliyi beynəlxalq hüququn subyekti kimi: ideya və reallıq “Kritik infrastruktur” nədir və təhdidlərdən necə qorunur: dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi Ermənilərin "soyqırım" iddiaları və onun beynəlxalq siyasətdə yeri Армянский фактор в разведывательной деятельности великих держав на Кавказе в 1801 – 1828 гг. Ermənilərin Tbilisi şəhərinə iddiaları Gürcüstanın bələdiyyə sistemində ermənilərin separatçı fəaliyyəti Политологическое образование в Азербайджанской Республике: специфика, современное состояние и стратегия развития Информационная политика в Азербайджане в условиях политико-экономических трансформаций Azərbaycanın ali təhsil sistemi yeni dəyişikliklər mərhələsində Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyət menecmentinin müasir vəziyyəti Cənubi Qafqazda miqrasiya prosesləri Dövlət-özəl əməkdaşlığı bugünkü iqtisadi anlamda Qlobal iqtisadi normallaşma: yüksələn iqtisadiyyatlı ölkələr üçün dayanıqlı inkişaf çağırışları Военное дело и военное искусство в Азербайджане в древний период Учреждения для иностранных военнопленных и интернированных граждан в Азербайджанской ССР в 1944 – 1950 гг. (численность, дислокация, смертность контингента) Ukrayna azərbaycanşünaslığının banisi A.Krımski Качественные параметры партийных кадров в Азербайджанской ССР в 1920-1930-е гг. Политические отношения между Азербайджанским государством Сефевидов и государством Великих Моголов (1526-1576 гг.) Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin milliləşdirilməsi və dövlət dilinin tətbiqi Tam siyahı

Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyət menecmentinin müasir vəziyyəti

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 50

Yan 5, 2019 - 12:44

Aynur SULTANOVA

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məsləhətçisi

aynurs@azstat.org

 

Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyət menecmentinin
müasir vəziyyəti

Açar sözlər: keyfiyyət, keyfiyyət menecmenti sistemi, prinsip, təkmilləşmə, sertifikat, standart

Key words: quality, Quality Management System, principle, improvement, certificate, standard

Ключевые слова: качество, система менеджмента качества, принцип, улучшение, сертификат, стандарт

 

Giriş

“Dövlət sektorunda ümumi keyfiyyət dünyasına xoş gəlmisiniz və mükəmməllik səyahətində sizə uğurlar!” (Welcome to the world of Total Quality in the public sector and good luck on the journey towards  Excellence!). Bu sözlərə Avropa ölkələrində Qiymətləndirmənin Ümumi Sistemi təlimatında rast gəlmək mümkündür [8, s.7]. Bəs Azərbaycanda dövlət sektoru “keyfiyyət və mükəmməllik səyahətinə” hazırdırmı?
Vaxtilə çalışdıqları təşkilatları uğurlu “keyfiyyət və mükəmməllik səyahətinə” çıxarmış dünyaca məşhur E.Deminq, C.Curan, M.Tribus, F.Teylor, A.Feygenbaum, F.Krosbi, K.İşıkava, M.İmai və digər şəxslər yaşadıqları və yaratdıqları illərdə keyfiyyət menecmentinin nəzəri əsasları olan prinsiplər, konsepsiyalar və fikirlər irəli sürərək, keyfiyyət anlayışını tədricən inkişaf etdirmişlər. Onların sayələrində “keyfiyyət” ifadəsi məhsul və xidmətlərdə hər hansı uyğunsuzluğun olmaması çərçivəsindən çıxaraq, onların məhz istehlakçıya münasibliyi ilə əlaqələndirilmişdir. Keyfiyyət “rəqabət üstünlüyünün rəqib tərəfindən əldə edilməsinin qarşısını alan kritik komponent”, “məqsədə və ya istifadəyə uyğunluq”, “məhsulu və ya xidməti istifadəçiyə sevdirmək imkanını verən aspekt...” və s. təsvirlərlə başa düşülür. Keyfiyyətin kompleks idarə edilməsi (Total Quality Management, TQM) şərti ilə davamlı yüksəlməsi mümkünlüyü sübut edilmişdir [12, s. 8; 14-15].  
Azərbaycan Respublikasının dövlət qurumları və idarələri yerli normativ-hüquqi aktlar və hökumətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müvafiq sahələrdə dövlət siyasətini həyata keçirir və maraqlı tərəflərlə qarşılıqlı münasibətlər qurur [2]. Mümkün əlaqələrdə yaradılan məhsul (məsələn, turizm marşrutu və ya zonası) və xidmətlərin (məsələn, e-viza, statistik hesabat formalarının onlayn qəbulu) keyfiyyəti istehlakçının daim maraq dairəsindədir. İşlərin gözlənilən keyfiyyəti passiv deyil, aktiv – daimi yaxşılaşdırma və keyfiyyətin təkmilləşdirilməsini istəyən istehlakçı ordusunun ehtiyacını qarşılaya biləcək keyfiyyətli idarəçiliyin inkişafını zəruri edir. Belə tələbat keyfiyyət menecmentinə yeni baxış tələb edir ki, bu məqalədə əsas məqsəd də bu məsələni araşdırmaqdır.
Məqalədə dövlət idarəetməsində tətbiqi mümkün olan keyfiyyət menecmenti modelləri təhlil edilir, Azərbaycanda keyfiyyət menecmenti sistemini tətbiq edən dövlət qurumları və idarələr barəsində məlumatlar təqdim edilir, həmçinin dövlət idarəçiliyində keyfiyyət menecmenti sisteminin müəyyən problemləri həll edilərək sistemin təşviqi üçün bəzi təkliflər verilir. 
 
1. Dövlət idarəçiliyində tətbiqə yararlı keyfiyyət menecmenti sistemləri
 
ISO 9000 standartlar ailəsi, Keyfiyyət menecmenti üzrə Avropa Fondunun Mükəmməllik Modeli (European Foundation for Quality Management (EFQM) Exellence Model), Qiymətləndirmənin Ümumi Sistemi (Common Assessment Framework, CAF) və s. kimi tanınmış standart, model, sistem və ya çərçivələr [2] əsasən XX əsrin 80-ci illərində formalaşmışdır. Bu standart, model və sistemlər haqqında ümumi informasiya onları hazırlamış müvafiq təşkilatların internet resurslarında əlçatandır. Həmin mənbələrin açıq məlumatlarından istifadə edərək üç keyfiyyət sisteminin icmal təhlilini vermək mümkündür. Bu təhlilin nəticələrindən (Cədvəl 1) keyfiyyət menecmenti sistemini seçməyə, tətbiq etməyə və ya dəyişməyə hazırlaşan dövlət idarəçiliyinin nümayəndələri faydalana bilərlər. İcmal təhlil edilən sahə üzrə informasiya bazasının yaradılması üçün metaməlumat (təsvir) strukturu rolunu da daşıya bilər. Yeni bölmələr əlavə etməklə və vaxtaşırı məlumatları yeniləməklə onun aktuallığına nəzarət etmək mümkündür. 
 
Cədvəl 1. Keyfiyyət menecmenti sistemləri
 
ISO 9000 standartlar ailəsi EFQM Mükəmməllik Modeli CAF 
1. Keyfiyyət menecmenti sistemini hazırlayan təşkilat
Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (International Organization for Standardization, ISO) EFQM Avropa Dövlət İdərəetməsi Şəbəkəsi (European Public Administration Network, EPAN) yanında İnnovativ Dövlət Xidmətləri Qrupu
1.1. Təşkilatın yaranma ili
23 fevral 1947-ci il 19 oktyabr 1989-cu il 1988-ci il
1.2. Təşkilatın məqsədi
Beynəlxalq standartları inkişaf və nəşr etmək. Avropa təşkilatlarının rəqabət qabiliyyətini artırmaq və iqtisadiyyatın inkişafını dəstəkləmək. Avropanın dövlət administrasiyaları arasında ümumi vasitələrin inkişafını dəstəkləməklə əməkdaşlığı aktual və məqsədyönlü etmək.
1.3. Təşkilatın nailiyyətləri
ISO 161 ölkədən olan üzvləri ilə müxtəlif sahələr üzrə 22.000-dən artıq standart və əlaqəli sənəd dərc edib. Standartların inkişafında 780 texniki komitə və altkomitə iştirak edir.  
Üzvlər əsasən standartlaşdırma funksiyalarını icra edən dövlət və özəl qurumlarla təmsil olunur. 
40-a yaxın ölkədən olan tərəfdaşlarla dünyada 50.000-dən artıq təşkilatı inkişafda dəstəkləyir. 450-dən çox təşkilat EFQM-ə üzvdür. 
Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin İşlər Nazirliyinin Təşkilati İnkişaf Departamenti, Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi, Qətər Əmirliyinin Dövlət İşləri Qurumu, Livan Respublikası İqtisadiyyat və Ticarət Nazirliyinin Keyfiyyət Bölməsi, Slovakiya Respublikasının Maliyyə Nazirliyi, Sloveniya Respublikası İqtisadi İnkişaf və Texnologiya Nazirliyinin Metrologiya İnstitutu,Türkiyə Respublikasının Bursa Nilufər Bələdiyyəsi və s. üzvlər sırasındadır [15].  EPAN siyasi, idarəedici və işçi səviyyələrdə təşkil edilib. 
1988-ci ildən Avropanın təlim və dövlət sektorunun inkişafı üzrə qabaqcıl mərkəz - Avropanın Dövlət İdarəçiliyi İnstitutu (European Institute of Public Administration, EIPA) 
EPAN-ın nəticələrini tərəfdaş olaraq yayır. 2001-ci ildən EIPA Avropa CAF Resurs Mərkəzini dəstəkləyir [9, s.15].  
2017-ci ilin məlumatlarına əsasən dünyanın 55 ölkəsi və Avropa İttifaqı (Aİ) təşkilatlarından qeydə alınmış 3 969 CAF istifadəçisinin 23%-i İtaliyanın, 11%-i Polşanın, hər biri  9% olmaqla Almaniya və Belçikanın, 8%-i Macarıstanın, qalan 40%-i isə digər ölkələrin payına düşür. Azərbaycandan 1, yaxın tərəfdaş ölkələr olan Rusiyadan 4, Gürcüstandan 2, Türkiyədən 11, Ukraynadan 1 təşkilat qeydə alınıb [23].
2. Keyfiyyət menecmenti sisteminin təsviri
Keyfiyyət menecmentinin prinsipləri, meyarları və təkmilləşmə tsikli ISO 9000 standartlar ailəsinə aiddir:
ISO 9000 - istifadə olunan vahid anlayışlar izah edilir;
ISO 9001 - keyfiyyət menecmenti sistemlərinə tələblər müəyyən edilir;
ISO 9004 - keyfiyyət menecmenti sisteminin səmərəliliyi üçün təlimatlardır;
ISO 19011- təşkilatda qurulan keyfiyyət menecmenti sistemlərinin auditləri üçün təlimatlardır.  Modelin əsasını təkmilləşmənin fundamental  konsepsiyaları, model meyarları və təkmilləşmə məntiqi kimi bir-biri ilə əlaqəli üç komponent təşkil edir.
Modelin əsasını mükəmməllik prinspiləri, imkan və nəticə meyarları, həmçinin təkmilləşmə tsikli təşkil edir.
 
 
2.1. Keyfiyyət menecmenti sisteminə yenidən baxılması
Buraxılış:
ISO 9000: 2015 – 4-cü;
ISO 9001: 2015 – 5-ci;
ISO 9004: 2018 – 4-cü; 
ISO 19011: 2018 – 3-cü.
Standartlara beş ildən bir yenidən baxılır. Sonuncu buraxılış - 2013-cü il.
Modelə aparıcı təşkilatların bilikləri, təcrübəsi və tövsiyələri əsasında üç ildən bir yenidən baxılır və yenilənir. Buraxılış:
2000-ci il;
2002-ci il;
2006-cı il;
2013-cü il [8, s.7].
2.2.Keyfiyyət menecmenti sisteminin prinsipləri (konsepsiyaları)
Keyfiyyət menecmentinin prinsipləri:
İstehlakçıya yönəlmə;
Liderlik;
İşçilərin cəlb edilməsi;
Prosesli yanaşma;
Təkmilləşmə;
Sübuta əsasən qərarın qəbul edilməsi;
Əlaqələrin idarə edilməsi [5]. Təkmilləşmənin fundamental konsepsiyaları:
Müştərilər üçün dəyərlərin yaradılması;
Dayanıqlı gələcəyin yaradılması;
Təşkilatın potensialının inkişaf etdirilməsi;
Yaradıcılığın və yeniliyin inkişaf etdirilməsi;
Konsepsiya, həvəsləndirmə və ümumi idarəetmə;
Çevik idarəetmə;
İnsanların potensialı vasitəsilə müvəffəqiyyətin əldə edilməsi;
Yüksək nəticələrin dayanıqlılığının təmin edilməsi [6]. Mükəmməllik prinsipləri:
Nəticələrə yönəlmə;
Vətəndaş/müştəri üzərində nəzarət;
Liderlik və məqsədin konkretliyi;
Proseslər və faktlar üzərində idarəçilik;
İşçilərin inkişafı və cəlb edilməsi;
Davamlı təlim, innovasiya və yaxşılaşma;
Əməkdaşlığın inkişaf etdirilməsi;
Sosial məsuliyyət [8, s.11].
2.3. Keyfiyyət menecmenti sisteminin təkmilləşmə meyarları
Təşkilatın konteksti (keyfiyyət menecmenti sistemi, maraqlı tərəflərin gözləntiləri, tələbləri);
Rəhbərlik;
Planlaşdırma;
Təminat;
Əməliyyat;
Fəaliyyətin qiymətləndirilməsi;
Təkmilləşmə [7].
 
İmkan meyarları:
Rəhbərlik;
Strategiya;
İnsan resursları;
Əməkdaşlıq və resurslar;
Proseslər, məhsullar və xidmətlər;
Nəticə meyarları:
Müştərilər üçün nəticələr;
İnsan resursları üçün nəticələr;
İctimaiyyət üçün nəticələr;
Biznes (fəaliyyət) üçün nəticələr [6]. İmkan meyarları:
1. Rəhbərlik;
2. Strategiya və planlaşdırma;
3. İnsan resursları;
4. Əməkdaşlıq və resurslar;
5. Proseslər;
Nəticə meyarları:
İnsan resursları üçün nəticələr;
Vətəndaşlar və ya müştərilər üçün nəticələr;
İctimai məsuliyyət üçün nəticələr;
Əsas fəaliyyət üçün nəticələr [8, s.9].
2.4. Keyfiyyət menecmenti sistemində istifadə olunan təkmilləşmə yanaşması
PDCA tsikli RADAR məntiqi PDCA tsikli
3.Keyfiyyət menecmenti sisteminin uyğunluğunun təsdiqi mümkünlüyü
ISO 9001 bu ailədən sertifikatlaşdırılan yeganə standartdır. Keyfiyyət menecmenti sisteminin standartın tələblərinə uyğunluğunu təşkilat özü də bəyan edə bilər. “EFQM Mükəmməllik Cəhdi”,“EFQM Bəyənilmiş Mükəmməllik”,“EFQM Qlobal Mükəmməllik Mükafatı” kimi bəyənilmə səviyyələri əldə edilə bilər.
“Effektiv CAF İstifadəçisi Nişanı” alına bilər.
 
3.1. Keyfiyyət menecmenti sisteminin uyğunluğunun təsdiqinə dair statistika
2016-cı ildə dünya üzrə ISO 9001 standartına 1 105 937 uyğunluq sertifikatı verilmişdir, onlardan 6058-i dövlət idarəçiliyinin payına düşür. Azərbaycanda cəmi 13 təşkilat ISO 9001:2015 standartına uyğun sertifikatlaşdırılmışdır [25]. 2017-ci ildə dünyanın 34 ölkəsindən 572 təşkilat EFQM-in müxtəlif bəyənilmə səviyyələri və mükafatlarını əldə etmişdir. Bu təşkilatlardan 48-i ictimai, dövlət və yerli özünüidarə sektorunda fəaliyyət göstərir [19].
2017-ci ilin məlumatlarına əsasən Avropada 187 təşkilat Effektiv CAF istifadəçisi nişanını əldə edib [23]. 
 
4. Keyfiyyət menecmenti sisteminə aid sənədlərin əlçatanlığı
Standartların qiymətləri:
ISO 9000 - 178 İsveçrə frankı;
ISO 9001 -138 İsveçrə frankı;
ISO 9004 -178 İsveçrə frankı;
ISO 19011-158 İsveçrə frankı.
Standartlar ISO saytında ingilis, fransız, ispan, ərəb və rus dillərində mövcuddur.  
Müxtəlif kiçik təlimatlar saytdan ödənişsiz endirilə bilər.  Təlimatların qiymətləri:
12-40 avro - EFQM üzvlərinə; 15-50 avro - üzv olmayan qurumlara.
Model 30 dilə tərcümə edilib. Modelin qısa təsvirini [6], həmçinin italyan dilində olan versiyası saytdan ödənişsiz endirilə bilər [4].  
EIPA CAF Resurs Mərkəzində qeydiyyat ödənişsizdir. 
CAF broşürünün 2013-cü il buraxılışı 
29 dil versiyasında istifadə üçün ödənişsiz açıqdır [20]. 
 
5. Keyfiyyət menecmenti sistemini tətbiq edən və ya sistemə uyğunluq təsdiqini alan vahidlər
ISO 9001 standartına uyğunluq sertifikatını almış qurumlar.
Beynəlxalq səviyyədə: Almaniya Federativ Respublikası Federal Məşğulluq Təşkilatının Tibb Xidməti, Bolqarıstan Respublikasının Milli Statistika İnstitutu və regional bölmələri, Finlandiya Respublikasının Helsinki Patent və Qeydiyyat İdarəsi, Yunanıstan Respublikasının Vahid Ödəniş Qurumu, İran İslam Respublikasının Gömrük İdarəsi, Polşa Respublikasının Mərkəzi Məhkəmə Polis Laboratoriyası, Rusiya Federasiyası Federal Antiinhisar Xidmətinin Mərkəzi İdarəsi və s. [18];
Milli səviyyədə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və s. EFQM bəyənilmə səviyyələrini almış qurumlar:
Avropa İttifaqının Statistika Bürosu, Avstriya Respublikası Daxili İşlər Federal Nazirliyinin Təhlükəsizlik Akademiyasının E-Təlim Departamenti, Böyük Britaniyanın Milli Sınaq Xidməti, İspaniya Krallığı Hetafe şəhər Şurasının Yerli Məşğulluq və Təlim Agentliyi, 
İsveçrə Konfederasiyası Grole Ordusunun Logistika Mərkəzi, Oman Sultanlığının Ali Təhsil Nazirliyi, Rusiya Federasiyasının Tomsk Vilayətinin Standartlaşdırma, Metrologiya və Sınaq Dövlət Regional Mərkəzi, Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi və s.[19]. Bəyənilmə nişanını  almış qurumlar:
Avstriya Respublikası Zalsburq ştatının Federal Dövlət Hökuməti, Belçika Krallığının Flamand Hökuməti, Portuqaliya Respublikasının Sosial Müdafiə İnstitutu, Malta Respublikasının Sosial Müdafiə Xidməti Fondu, Slovakiya Respublikasının Ədliyyə Nazirliyi və s.
CAF bazasında istifadəçi kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi qeydiyyatdan keçirmişdir [21].
 
Təqdim edilmiş metaməlumat strukturunda müqayisəli şəkildə baxılmış keyfiyyət menecmenti sistemlərinin keyfiyyət prinsipləri, meyarları, tətbiq olunan təkmilləşmə yanaşmaları baxımından oxşar cəhətlərinin olduğu görünür.
Sistemlərin prinsipləri təşkilatın maraqlı tərəflər (işçilər, müştərilər, vətəndaşlar) ilə uğurlu münasibətlərin qurulması, təkmilləşmə, yaradıcılıq və yeniliklərlə onlara yüksək nəticələrin təqdim edilməsi, əks-əlaqələri və ya digər faktları, sübutları vaxtında və obyektiv qiymətləndirməsi, proseslər üzrə effektiv qərarlar verə biləcək rəhbərliyin olmasının vacibliyi ideyalarını daşıyır. ISO 9000 standartlar ailəsi və CAF prinsiplərində bənzərlik daha çoxdur. 
CAF və EFQM Mükəmməllik Modelinə diqqət yetirsək meyarlarının oxşar olduğunu müşahidə edə bilərik, daha qocaman ISO 9000 standartlar ailəsinin meyarları isə imkan və nəticə qruplarına bölünməsə və bir qədər fərqlənsə də, baxılan üç sistem ümumilikdə təşkilatın rəhbərliyinin fəaliyyətini, təchizatını, inkişafını, proseslərinin səmərəli formalaşmasını, maraqlı tərəflərinin gözləntiləri və tələblərini diqqət mərkəzində saxlamağa imkan verir. 
Təşkilatın yuxarıda baxılmış meyarlar üzrə vaxtlı-vaxtında qiymətləndirilməsi üçün ISO 9000 standartlar ailəsi və CAF Deminq və ya Deminq-Şuxart tsikli kimi də məşhur olan PDCA (Plan, Do, Check, Act), yəni “Planlaşdır, Yerinə yetir, Yoxla, Tədbir gör” tsiklini tətbiq edirsə, EFQM Mükəmməllik Modeli ona bənzərini RADAR (Required results, Approaches, Deploy, Assess and Refine), yəni “Tələb olunan nəticələrin müəyyənləşdirilməsi, Planlaşdırma və İnkişaf, Tətbiq, Qiymətləndirmə və Təkmilləşmə” məntiqindən istifadə edir. 
Sistemlər fəaliyyət sahəsi, həcmi və inkişaf səviyyəsi müxtəlif olan qurumlarda tətbiqə yararlıdır.
Oxşar cəhətlərdən biri də odur ki, sistemləri qurmaq və sertifikatlaşdırmaq və ya bəyənilmə nişanlarını əldə etmək treninq, konsaltinq, qiymətləndirmə və ya sertifikatlaşma xidmətlərinin müəyyən məbləğlərdə ödənişini tələb edir.
Keyfiyyət menecmenti sistemləri haqqında daha ətraflı məlumatlarla tanış olduqca, onların bir-birindən ilham aldığı (məsələn, Aİ-yə üzv ölkələrin nazirləri tərəfindən hazırlanmış hələ ki gənc CAF TQM və EFQM Mükəmməllik modelləri üzərində qurulub) və bir-biri ilə rəqabətdə olduğu aydın olur. Keyfiyyət menecmenti sistemlərini işləmiş təşkilatlar potensial istifadəçilərin cəlb edilməsi üçün müxtəlif üstünlükləri təşviq edir. Məsələn, keyfiyyət sisteminin tətbiqi və qiymətləndirilməsini bir qədər mürəkkəb olan EFQM Mükəmməllik Modeli ilə inkişaf etdirilməsini planlaşdıran qurumlar ilk addımların daha asan və ictimai sektorun xususiyyətlərini nəzərə alan özünüqiymətləndirmə, yəni CAF ilə atılması həvəsləndirilir [22]. Bundan başqa, son üç ildə EFQM və ya onun tərəfdaşları tərəfindən bəyənilmiş qurumlar müxtəlif sahələrdə fəaliyyət göstərən 1000-dən çox dünya təşkilatının tərkib göstəricisi olan EFQM Qlobal Mükəmməllik İndeksinə (EFQM Global Excellence Index) qoşulmaq üçün dəvət olunur [16]. Nəhayət, ISO 9001 standartına uyğun sertifikatlaşma statistikasından dünyada 127 ölkənin innovasiya fəaliyyətini açıqlayan Qlobal İnnovasiya İndeksində (Global Innovation Index) 2012-ci ildən ölçü kimi istifadə edilir. Ölkənin innovasiya fəaliyyətini ölçmək üçün istifadə olunan 81 göstəricidən biri keyfiyyət menecmenti sisteminin ISO 9001 standartı üzrə akkreditə edilmiş sertifikatların sayıdır [17]. Qeyd edək ki, 2017-ci ilin hesabatına əsasən, 6.2.4 göstəricisi, yəni ölkədə verilmiş ISO 9001 keyfiyyətə uyğunluq sertifikatlarına görə Azərbaycan 101-ci, qonşu ölkələrdən Ermənistan 107-ci, Gürcüstan 86-cı, İran İslam Respublikası 93-cü, Rusiya Federasiyası 85-ci, Türkiyə 61-ci yerdədir [26].
Baxılmış idərəetmə modellərindən savayı effektiv qərarların verilməsi üçün Balanslaşdırılmış Göstəricilər Sistemi (Balanced Scorecard, BSC), "Altı siqma" (Six Sigma), "Beyin fırtınası" (Brain storming), İşıkava və ya “Balıq sümüyü” diaqramı (Fishbon diagram), təşkilatın güclü və zəif tərəflərinin, həmçinin fəaliyyətə təsir edə biləcək imkanlar və təhlükələrin qiymətləndirilməsi - GZİT təhlili (Strengths, Weaknesses, Opportunities, Threats, SWOT) kimi alətlər istifadə edilə bilər. Məsələn, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nomrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”ndə müxtəlif sahələr üzrə SWOT təhlilin nəticələri müşahidə olunur [13].
Ümumiyyətlə, SWOT təhlilin istənilən səviyyədə tətbiqi icazəlidir, məsələn, idarə, struktur bölmə, fəaliyyət, proses, həmçinin də şəxsi səviyyədə. Dünyada və regionda müxtəlif sahələrdə iqtisadi və sosial vəziyyətin sürətlə dəyişməsini nəzərə alaraq, dövlət idarəetməsində həm işçilər tərəfindən öz SWOT təhlillərinin hazırlanması, həm proseslər, struktur bölmə, həm də dövlət orqanı və ya idarəsi üzrə onun işlənməsi fəaliyyətlərin mümkün təbəqəsində keyfiyyətə təsir edə biləcək risklərin və imkanların qiymətləndirilməsinə xidmət edə bilər.  
 
2. Keyfiyyət menecmentinin dövlət idarəçiliyi sistemində tətbiqi
 
Azərbaycanda ISO 9000 standartlar ailəsini tətbiq edən və bu haqda informasiya resurslarında məlumatları yayan 2-ci kateqoriyalı dövlət orqanları sırasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin adları çəkilə bilər. 
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” fəaliyyəti üzrə ISO 9001:2008 standartının tələblərinə uyğunluq sertifikatını 2013-cü ildə əldə edərək MDB-yə üzv ölkələrin statistika qurumları sırasında ikinci, ölkənin 2-ci kateqoriyalı dövlət orqanları sırasında birinci olmuşdur. 2017-ci ildə isə ISO 9001:2015 standartının tələblərinə Komitədən savayı həmçinin 13 yerli statistika orqanı uyğunluq sertifikatına layiq görülərək MDB-yə üzv ölkələrin statistika qurumları və Azərbaycan Respublikasının 2-ci kateqoriyalı dövlət orqanları sırasında birinci olmuşdur. 
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində 2010-cu ildən tətbiq edilən keyfiyyət menecmentinin müxtəlif aspektlərinə dair sənədlər rəsmi saytın “Keyfiyyətin idarə olunması” bölməsindən əldə edilə bilər [28]. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşlarının bu sahədə irəliləyişlər haqqında məqalələri də dərc olunur. Məsələn, A.Vəliyevin “Создание системы управления качеством: от теории к практике”, T.Budaqovun “Azərbaycanda rəsmi statistikanın əsas inkişaf istiqamətləri”, Y.Yusifovun “Keyfiyyətin təmin olunmasının və rəsmi statistikanın əsas prinsiplərinin milli statistikada nəzərə alınması məsələləri”, A.Sultanovanın “Mərkəzi icra hakimiyyəti orqanlarında beynəlxalq səviyyəyə uyğun keyfiyyətin idarə edilməsi sisteminin qurulmasının faydaları”, “О роли Общей системы метаданных в развитии статистики Азербайджана” və s. [11, s.1-3,10].
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarəedilməsi, özəlləşdirilməsi, icarəyə və istifadəyə verilməsi fəaliyyəti üzrə 2018-ci ildə ISO 9001:2015  standartının tələblərinə uyğunluq sertifikatını əldə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun 4 saylı Bakı “ASAN xidmət” mərkəzi ISO 9001:2008 standartının tələblərinə uyğunluq sertifikatlarına 2014-cü ildə layiq görülmüşdür. Bu Agentlikdə qurulmuş keyfiyyətin idarə edilməsi sistemi ilə onun saytında yayılan hesabatlar vasitəsilə tanış olmaq mümkündür [14].
Azərbaycanın dövlət idarəçiliyində ISO 9000 standartlar ailəsi əsasında keyfiyyət menecmenti sisteminin qurulmasına üstünlük verilir. Tətbiq edilən keyfiyyət menecmenti sisteminə ISO 9001 standartına uyğunluq sertifikatlarını əldə etmiş vahidlərə (Cədvəl 2) diqqət yetirək. Təqdim edilmiş vahidlərin siyahısı Beynəlxalq Sertifikasiya Şəbəkəsinin (The International Certification Network, IQNET) məlumat bazasında, vahidlərin öz rəsmi saytlarında istifadəçi üçün açıq olan, həmçinin “Google” axtarış sistemi vasitəsilə tapılmış məlumatlar əsasında işlənmişdir.
Sertifikasiya təşkilatları sırasında əsasən Türk Standartları İnstitutu (TSE), Bureau Veritas, Intertek Moody, Russkiy Registr (RR) və SGS LTD üstünlük təşkil edir. Cədvəldə nəzərə alınmasa da, lakin sevindirici hal kimi qeyd edək ki, əksər vahidlərdə keyfiyyət menecmenti sisteminin tətbiqi kampaniya xaratkerli deyil, məhz davamlı siyasətdir.  Həmçinin müvafiq sertifikat almadan, lakin standartın tələblərinə uyğun keyfiyyət menecmenti sistemini qurmuş təşkilatların mövcud olması da müşahidə edilir. 
 
Cədvəl 2. Keyfiyyət menecmenti sistemləri sertifikatlaşdırılmış dövlət vahidləri
 
Sertifikatlaşdırılmış vahidin adı və fəaliyyəti Standartın versiyaları, sertifikatlaşdırma ili və təşkilatı
ISO 9001:2000 ISO 9001:2008 ISO 9001:2015
Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC (bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil və təlim xidmətləri) 2012, 2015
     TSE
Azərbaycan Hava Yolları QSC Azəraeronaviqasiya Hava Hərəkəti İdarəsinin struktur bölmələri (Aeronaviqasiya məlumatlarının  təmin edilməsi, aviasiya meteoroloji xidmətlərinin təmin edilməsi, Azərbaycan Respublikasında uçuşlara və enmələrə icazələrin təmin edilməsi, tədrisin təmin edilməsi) 2013, 2016
DQS
 
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ, ing. SOCAR) Xəzər Dəniz Neft Donanması* əsasında yaradılmışdır) 2008
RR* 2016
American Bureau of 
Shipping
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Azərbaycan Dövlət Dəniz Akademiyası 2002 2015
RR
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci 2004
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC 
Təlim Tədris Mərkəzi (Dəniz təlim xidmətləri) 2014
RR 2017
Bureau Veritas
Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodu (nəqliyyat, tikinti, kənd təsərrüfatı texnikasında, sənaye avadanlığında işlədilən sürtkü materiallarının, texniki mayelərin, ağ naftalan yağının və neft-kimya qatqılarının istehsalı) 2016
SGS LTD
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti      2009
RR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası
TSE
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi 2017
TÜV Thüringen e.V.
Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) 2007
Global Group
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (Rəsmi statistika məlumatlarının istehsalı va yayılması) 2013
Bureau Veritas 2017
SGS LTD
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (Dövlət əmlakının idarəedilməsi, özəlləşdirilməsi, icarəyə və istifadəyə verilməsi) 2018
DSR Certification
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Təmiz Şəhər ASC (Bərk məişət tullantılarının idarə edilməsi) 2013 2018
 British Standards Institution
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirli-yinin Alov Zavodu
RR
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirli-yinin Avia-Aqreqat zavodu 2006
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirli-yinin "İqlim" elmi-istehsalat müəssisəsi
2006
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Neftqazavtomat elmi-istehsalat müəssisəsi (Neft və qaz sənayesində proseslərin avtomatik nəzarət və idarəetmə sistemləri uzrə işlənmə, layihələndirmə, quraşdırma-sazlama, texniki və metroloji xidmət işləri)
RR
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aztelekom MMC (Azərbaycan daxilində və Azərbaycandan kənarda beynəlxalq trafikin idarə olunması, beynəlxalq və yerli səviyyələrdə genişzolaqlı və təsbit edilmiş  xətlərin təqdim edilməsi) 2011
SGS LTD
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (Telekommunikasiya xidmətləri və internet, proqram təminatı və veb-saytların, korporativ və regional şəbəkələrin yaradılması və saxlanılması, sistem inteqrasiyası və layihələşdirmə) 2007
SGS LTD 2013
SGS LTD
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (Dövlət Dəniz Administrasiyası* əsasında yaradılmışdır)
RR*
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Dövlət xidmətlərinin göstərilməsinin idarə edilməsi, monitorinqi və nazarəti, habelə dövlət xidmətlərinin təşkili və göstərilməsinin təkmilləşdirilməsi məqsədilə müvafiq sahələrin müəyyən edilməsi və onların həyata keçirilməsi) 2014
Intertek Moody
Azərkosmos ASC 2013
Bureau Veritas
ARDNŞ Azəriqaz İstehsalat Birliyi 2014
TSE
ARDNŞ Bakı Ali Neft Məktəbi 2015
TSE
ARDNŞ Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi 2012
Intertek Moody
ARDNŞ Dənizneftqazlayihə Dövlət Elmi-Tədqiqat Layihə İnstitutu 2006
Det Norske Veritas
ARDNŞ Ekologiya İdarəsi 2007
TSE 2014
TSE
ARDNŞ Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi 2013
TSE
ARDNŞ Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu 2007
RR 2009
RR
ARDNŞ Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu 2013
TSE
ARDNŞ Kompleks Qazma İşləri Tresti
TSE
ARDNŞ Qaz Anbarlarının İstismarı İdarəsi
© 2011-2019. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.