Uşaqlar üçün ədalət tələb edərək dəmiryolu xətlərini bir neçə saatlığa bağlayıblar
CƏMİYYƏT
18:22
21.08.2024
Baxılıb: 1050
Uşaqlar üçün ədalət tələb edərək dəmiryolu xətlərini bir neçə saatlığa bağlayıblar

Bu gün Mumbaidən təxminən 50 kilometrlikdə yerləşən Badlapur şəhərində iki dördyaşlı qız uşağı üzərində təxmin edilən cinsi zorakılığa görə etirazların güclənməsi fonunda ardıcıl olaraq ikinci gündür internet xidmətləri kəsilib və məktəblər bağlanıb.

 

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, Badlapurdakı etirazlar Kəlküttə şəhərində 31 yaşlı həkim-stajorun zorlanması və qətli səbəbindən başlayan ümummilli nümayişlər fonunda keçirilir.

 

Mətbuatda deyilir ki, ötən həftə sonu Badlapurda məktəbli qızlara qarşı cinsi zorakılıqda şübhəli bilinən təmizlik işçisi həbs edilib.

 

Çərşənbə axşamı qəzəblənmiş etirazçılar həkimlərin və qadın təşkilatlarının ölkə boyu etirazlarına cavab olaraq və uşaqlar üçün ədalət tələb edərək dəmiryolu xətlərini bir neçə saatlığa bağlayıblar.

 

Hindistanın “ABP News” xəbər kanalı xəbər verir ki, hakimiyyət orqanları istənilən toplantı və etirazların qarşısını almaq üçün məktəblərin bağlanmasına dair göstəriş verib, internet xidmətlərinin göstərilməsi isə ikinci gün də dayandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Tokayev: Orta Dəhliz Avropaya ən qısa və ən etibarlı marşrutdur
20:29
Kursk yaxınlığında iki sərhəd bölgəsinin sakinləri təxliyə edilir
20:07
Pakistan rəsmisi: "Azərbaycanla imzalanmış yeni ticarət sazişi tərəfdaşlığın inkişafına təkan verəcək"
17:59
Kaluqa vilayətinin qubernatoru Bakıda əməkdaşlıq məsələlərini müzakirə edir
17:57
Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı artırılıb
17:56
Azərbaycan “Dubai Port World” ilə tranzit daşımaları əməkdaşlığını müzakirə edib
17:54
BRICS XİN başçıları sentyabrın sonunda Nyu-Yorkda danışıqlar aparacaqlar
17:51
Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq
17:50
Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır
17:48
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
17:42
Qazaxıstan və Almaniya arasında Birgə Bəyannamə imzalanıb
17:40
Azərbaycan Efiopiyaya un məmulatları ixrac edəcək
17:38
Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib
17:37
İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi məsələsini öyrənirik
17:34
Azərbaycan Vyana Ticarət Palatasının turizm tədbirində təmsil olunub
17:30
Azərbaycan bir sıra ölkələrlə aqrar sahədə elmi əməkdaşlığı müzakirə edib
17:28
“AzərEnerji” “Yaşıl enerji”yə dair kompleks tədbirlərin icrasına başlayıb
17:27
Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ açılıb
17:07
Azərbaycan qazının Avropa və Türkiyəyə ixracı ilə bağlı bu il üçün proqnozlar açıqlanıb
17:03
Dövlət Xidməti: Kiberhücumların sayında kəskin artım müşahidə olunur
17:01