Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirib
CƏMİYYƏT
14:01
01.09.2024
Baxılıb: 1227
Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirib

Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsi Maliyyə Nazirliyi tərəfindən tənzimlənir və bu proses bazar qiyməti əsasında aparılır.

Bunu "Report"a açıqlamasında Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

Paytaxtda söküləcək binalarla bağlı danışarkən E.Əzizov vurğulayıb ki, köhnə binaların da insanlar kimi əvvəli və axırı var: "Köhnə binalar sökülür, onların yerində yeni binalar tikiləcək. Aparılan siyasətin nəticəsidir ki, bu gün Bakı şəhəri genişlənir, gözəlləşir".

Qeyd edək ki, Bakıda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Hazırda komitə digər yerli qurumlarla birgə inventarlaşdırma işləri aparırlar. Bu binaların sakinləri mənzillərin müqabilində kompensasiya alaraq evlərini tərk edəcəklər.

"Böyük Bakının Regional İnkişaf Planı"na əsasən, ilkin mərhələdə söküləcək binalar Binəqədi, Xətai, Nizami, Nəsimi, Sabunçu və Səbail rayonlarında yerləşir. İnventarlaşdırma işləri başa çatan kimi Nazirlər Kabinetinin qərarı açıqlanacaq. Bu qərardan sonra ən qısa zamanda, hətta il ərzində binaların sökülməsi və əhalinin də köçürülməsi nəzərdə tutulub.

Bununla bağlı Nazirlər Kabineti tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlarla birgə işçi qrupu yaradılıb.

Evləri plana düşən sakinlərə kompensasiya məbləği ilə bağlı yekun qərar da açıqlanacaq. Buna qədər plana düşən evlərin sahiblərinə hər kvadratmetrinə görə 2 min manat civarında kompensasiya verilirdi. Nazirlər Kabinetinin verəcəyi qərara uyğun olaraq kompensasiyanın məbləği məlum olacaq. Bu məsələdə binaların hansı ərazidə yerləşməsi də nəzərə alınacaq.

İkinci mərhələdə Bakı şəhəri üzrə 60-dan çox binanın da sökülərək yerində yeni binaların tikiləcəyi gözlənilir. Hazırda yeni tikiləcək binalarla bağlı tikinti şirkətləri ilə bağlı danışıqlar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Tokayev: Orta Dəhliz Avropaya ən qısa və ən etibarlı marşrutdur
20:29
Kursk yaxınlığında iki sərhəd bölgəsinin sakinləri təxliyə edilir
20:07
Pakistan rəsmisi: "Azərbaycanla imzalanmış yeni ticarət sazişi tərəfdaşlığın inkişafına təkan verəcək"
17:59
Kaluqa vilayətinin qubernatoru Bakıda əməkdaşlıq məsələlərini müzakirə edir
17:57
Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı artırılıb
17:56
Azərbaycan “Dubai Port World” ilə tranzit daşımaları əməkdaşlığını müzakirə edib
17:54
BRICS XİN başçıları sentyabrın sonunda Nyu-Yorkda danışıqlar aparacaqlar
17:51
Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq
17:50
Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır
17:48
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
17:42
Qazaxıstan və Almaniya arasında Birgə Bəyannamə imzalanıb
17:40
Azərbaycan Efiopiyaya un məmulatları ixrac edəcək
17:38
Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib
17:37
İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi məsələsini öyrənirik
17:34
Azərbaycan Vyana Ticarət Palatasının turizm tədbirində təmsil olunub
17:30
Azərbaycan bir sıra ölkələrlə aqrar sahədə elmi əməkdaşlığı müzakirə edib
17:28
“AzərEnerji” “Yaşıl enerji”yə dair kompleks tədbirlərin icrasına başlayıb
17:27
Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ açılıb
17:07
Azərbaycan qazının Avropa və Türkiyəyə ixracı ilə bağlı bu il üçün proqnozlar açıqlanıb
17:03
Dövlət Xidməti: Kiberhücumların sayında kəskin artım müşahidə olunur
17:01