Şəkər xəstəliyi səslə müəyyən edilə bilər
CƏMİYYƏT
10:01
06.09.2024
Baxılıb: 1410
Şəkər xəstəliyi səslə müəyyən edilə bilər

an şəkərinin səviyyəsi ilə səsin diapazonu arasında əlaqə tapılıb. İnsanın sadəcə səsindən şəkər xəstəsi olub-olmadığını müəyyənləşdirmək mümkün ola bilər.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, diabetdə insulin ya az miqdarda istehsal olunur, ya da ümumiyyətlə, istehsal olunmur. Bu vəziyyət qan şəkəri səviyyələrində disbalansa səbəb olsa da, erkən diaqnoz ciddi problemlərin yaranmasının qarşısını almaq üçün böyük əhəmiyyət daşıyır.

Alimlər səs tellərinin gərginliyinin, kütləsinin və uzunluğunun qandakı qlükoza səviyyəsindən təsirləndiyini düşünərək səsin qan şəkəri səviyyəsi haqqında fikir yürüdə biləcəyini proqnozlaşdırıblar. Bu nəzəriyyəni sınaqdan keçirmək istəyən tədqiqatçılar 505 nəfər arasında sınaq aparıblar. İştirakçılardan 242-si diabet xəstəsi olmayan, 89-da prediabet, yəni latent diabet, 174-də isə 2-ci tip diabet olub. Onlar davamlı olaraq qan şəkərinin səviyyəsini ölçən cihazla təchiz ediliblər. Daha sonra iki həftə ərzində gündə 6 dəfə sakit bir mühitdə səsləri yazılıb. Söhbət zamanı səsin təbii tezliyini tutmaq üçün iştirakçılar hər dəfə sual-cavab ediliblər. İki həftədən sonra alimlər səs yazılarını ən son qeydə alınan qlükoza səviyyələri ilə uyğunlaşdıraraq təhlil ediblər.

Elmi araşdırma jurnalında öz nəticələrini dərc edən tədqiqatçılar qan şəkərinin səviyyəsinin artması ilə səsin əsas tezliyinin artdığını aşkarlayıblar. Əsas tezlik və ya F0 səsin ən fərqli komponentidir və eşidilən səsin diapazonunun ən hündür nöqtəsini təşkil edir.

Məqalənin aparıcı müəllifi Jaycee Kaufman nəticələri belə qiymətləndirir: “Tədqiqatımız qlükoza səviyyələri ilə əsas tezlik arasında əhəmiyyətli müsbət korrelyasiya qurur və qlükoza səviyyələrini proqnozlaşdırmaq və izləmək üçün səsin istifadəsi ilə bağlı gələcək tədqiqatlara əsas yaradır”.

Alimlər diqqətə çatdırıblar ki, səsin yüksəkliyinə görə qan şəkərinin səviyyəsini ölçmək də mövcud üsullardan fərqli olaraq bədənə nüfuz etməyi tələb etmir. Digər tərəfdən, səsin əhvali-ruhiyyə və allergiya kimi müxtəlif amillərdən təsirləndiyini də vurğulayıblar. Buna görə də 2-ci tip diabetin diaqnozunda bu metoddan istifadə etmək üçün daha çox araşdırmaya ehtiyac var.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Tokayev: Orta Dəhliz Avropaya ən qısa və ən etibarlı marşrutdur
20:29
Kursk yaxınlığında iki sərhəd bölgəsinin sakinləri təxliyə edilir
20:07
Pakistan rəsmisi: "Azərbaycanla imzalanmış yeni ticarət sazişi tərəfdaşlığın inkişafına təkan verəcək"
17:59
Kaluqa vilayətinin qubernatoru Bakıda əməkdaşlıq məsələlərini müzakirə edir
17:57
Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı artırılıb
17:56
Azərbaycan “Dubai Port World” ilə tranzit daşımaları əməkdaşlığını müzakirə edib
17:54
BRICS XİN başçıları sentyabrın sonunda Nyu-Yorkda danışıqlar aparacaqlar
17:51
Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq
17:50
Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır
17:48
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
17:42
Qazaxıstan və Almaniya arasında Birgə Bəyannamə imzalanıb
17:40
Azərbaycan Efiopiyaya un məmulatları ixrac edəcək
17:38
Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib
17:37
İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi məsələsini öyrənirik
17:34
Azərbaycan Vyana Ticarət Palatasının turizm tədbirində təmsil olunub
17:30
Azərbaycan bir sıra ölkələrlə aqrar sahədə elmi əməkdaşlığı müzakirə edib
17:28
“AzərEnerji” “Yaşıl enerji”yə dair kompleks tədbirlərin icrasına başlayıb
17:27
Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ açılıb
17:07
Azərbaycan qazının Avropa və Türkiyəyə ixracı ilə bağlı bu il üçün proqnozlar açıqlanıb
17:03
Dövlət Xidməti: Kiberhücumların sayında kəskin artım müşahidə olunur
17:01