Ali Məhkəmə hüquqşünasları Elmi-məsləhət şurasının müzakirələrində iştiraka dəvət edir
CƏMİYYƏT
19:00
17.09.2024
Baxılıb: 1091
Ali Məhkəmə hüquqşünasları Elmi-məsləhət şurasının müzakirələrində iştiraka dəvət edir

Azərbaycan Respublikasının Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının növbəti iclasının cari ilin 25 oktyabr tarixində keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.

İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsində nəzərdə tutulmuş “Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)” cinayətinin cinayət-hüquqi xarakteristikası mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub;

- Cinayət tərkibinin obyektiv və subyektiv əlamətləri;

- Cinayət əməlinin oxşar cinayət tərkibləri ilə, xüsusilə rüşvət alma, rüşvət vermə və dələduzluq cinayətləri ilə müqayisəli təhlili;

- Cinayət əməlinin hüquqi tənzimləmə mexanizminin inkişaf etdirilməsi yolları.

Mövzunun hazırlanması və müzakirəsi zamanı məsələyə aidiyyəti olan Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq müqavilələrin, sahəvi qanunvericiliyin müddəaları, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin Plenumunun müvafiq qərarları, oxşar cinayət-hüquqi normaları olan ölkələrin qanunvericiliyi və məhkəmə təcrübəsinin vahidliyini təmin edən mənbələri nəzərdən keçirilməli, eləcə də Ali Məhkəmənin, respublikanın digər məhkəmələrinin təcrübəsində olmuş konkret işlərdən, hüquq elminin nailiyyətlərindən istifadə olunmalıdır.

Müzakirə ediləcək mövzunun əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlər ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.

Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekpertlərin 14 oktyabr 2024-cü il tarixinədək [email protected] elektron ünvanına CV-lərini təqdim etmələri təklif olunur. Eyni zamanda mövzu üzrə müzakirəyə çıxarılan suallara dair yazılı mülahizələrin təqdim edilməsi tövsiyə olunur.

Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
09:30
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
09:28
Kommunal işçilərin tətili Marselin küçələrində tullantıların yığılmasına səbəb olub
09:27
“Şençjou-19” təyin olunmuş orbitə çıxıb
09:24
ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
09:20
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
09:20
Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır
09:17
Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
09:16
Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib
09:14
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
09:12
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
09:10
Londonda 22 ton çeddar pendiri oğurlanıb
01:14
„Mənim işə getmək həvəsim yoxdur“ mübahisəsi
01:04
Belçikada proqram təminatı sənayesi daralır
01:02
Hollandiya noyabr ayından etibarən sərhəd nəzarətinə başlayacaq
00:57
Avstriyada silahlı hücum: Bələdiyyə sədri öldürüldü
00:55
Ermənilər Atatürkün büstünə etiraz ediblər
00:48
“Prezident hökuməti istefaya məcbur etməlidir”
00:43
“Türinqiyada minlərlə ifrat sağçı ekstremist var”
00:39
Aİ ölkələrində elektrik və təbii qaz qiymətləri artıb
00:28