Bu şəraiti ona baş həkim yaratmışdı
CƏMİYYƏT
16:54
02.10.2024
Baxılıb: 361
Bu şəraiti ona baş həkim yaratmışdı

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə müttəhim Aynur Bayramova ifadə verib.

O bildirib ki, xəstələr pulu onun yanında Nuridə Seyidovaya verib:

"Zərərçəkən Kəmalə Nuriyevanı Talassemiya Mərkəzindən tanıyıram. O, pulu mənim yanımda Nuridəyə verib. Digər zərərçəkən Nüşabə Məmmədovadan 34 min manat alınıb".

A.Bayramova ifadəsində qeyd edib ki, zərərçəkənlər Taleh Hacıməmmədov 34 min, Ramin İsmayılov 25 min 500, Elnur İsfəndiyarov 25 min, Vüqar İsayev 30 min, Laura Həsənova isə 51 min manat manat pulu onun yanında Nuridə Seyidovaya veriblər.

Cinayət işi üzrə zərərçəkmiş Şahbacı İsayeva ifadəsində deyib ki, Aynur Bayramovaya Talassemiya Mərkəzində otaq ayrılıb:

"Aynur Bayramova kim idi ki, mərkəzdə ona ayrıca otaq ayırmışdılar. Bu şəraiti ona Talassemiya Mərkəzində baş həkim vəzifəsində işləyən Xuraman xanım yaratmışdı".

A.Bayramova zərərçəkən Ş.İsayevanın sualına cavab olaraq bildirib ki, o "Antalya Medical Park"ın əməkdaşı olub. Ona görə də mərkəzdə ona xəstə qəbulu üçün şərait yaradıblar.

Hakim Azad Məcidov deyib ki, Talassemiya Mərkəzinə bununla bağlı sorğu göndərilib, lakin Aynur Bayramovanı tanımadıqlarını deyiblər.

"Aynur sən beş il ərzində Türkiyəyə qan aparmısan, heç soruşan olmayıbmı, niyə və hara aparırsan?", - deyə hakim xanım müttəhimə sualında bildirib.

Müttəhim A.Bayramova cavabında Talassemiya Mərkəzində baş həkim vəzifəsində işləyən Xuraman adlı xanımın icazəsi olduğunu deyib.

Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin olunub.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Dünyanın ən yaxşı dron pilotları TEKNOFEST-də yarışıblar
16:58
Sağlam həyatın açarı: Daimi gəzinti
15:49
Müharibə Türkiyənin enerji sektoru üçün müəyyən təhdidlər yaradıb
15:22
Konfrans məkanında kişilər və qadınlar üçün iki meditasiya/ibadət otağı olacaq
15:17
Bəzi şəxslər dedikləri və ya yazdığı sözlərə görə məsuliyyət daşımayacaq
15:12
Azərbaycan COP29-un maliyyə öhdəlikləri ilə yanaşı digər faktiki əlavə xərcləri öz üzərinə götürür
14:54
Gürcü politoloq: Qərb ölkələri Gürcüstanda çaxnaşma salmağa çalışırlar
14:04
İraqın şimalında altı PKK-çı öldürülüb
13:50
ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb
13:49
Moskvada MDB XİN rəhbərlərinin Şurasının iclası başlayıb
13:45
Bu il ARDNF AÇG-nin işlənməsindən 4,6 milyard dollardan çox gəlir əldə edib
13:44
ABŞ bir il ərzində İsrailə hərbi yardım üçün 17,9 milyard dollar xərcləyib
12:43
Britaniya qanunsuz miqrantların sayına görə Avropada birinci yerdədir
12:41
Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır
12:39
Gürcüstanda prezidentin impiçment proseduru bərpa ediləcək
12:38
Bəhruz Quliyev: "Qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı layihələr hazırlanıb"
12:07
Azərbaycanda beynəlxalq ticarətlə məşğul olan sahibkarların əsas gözləntiləri açıqlanıb
12:05
Ekspert: Qazaxıstanda AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun yaradılması risklidir
12:03
Azərbaycanın belaruslu milli qəhrəmanının anasına hədiyyə və yardım çatdırılıb
12:02
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının törəməsi yenidən təşkil edilir
11:58