Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Varşava İqtisadiyyat Universitetində sərgi keçirilib
CƏMİYYƏT
14:21
15.10.2024
Baxılıb: 1551
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Varşava İqtisadiyyat Universitetində sərgi keçirilib

Polşanın Varşava İqtisadiyyat məktəbində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərginin açılışı olub.

Bu barədə "Report"a İcmadan məlumat verilib.

Bildirilib ki, sərgidə Azərbaycanın Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova, Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – mətbuat katibi Ülviyyə Zülfiqar, Varşava İqtisadiyyat Universitetinin rektoru Piotr Vaxoviak, Polşa - Azərbaycan Parlament Qrupunun sədri Pşemıslav Vitek, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, incəsənət və mətbuat nümayəndələri, akademik dairələr, habelə Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

Səfir N.Qurbanova çıxış edərək qeyd edib ki, İrəvan xanlığı təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində mühüm rol oynayıb. Bu Azərbaycan dövləti 19-cu əsrin əvvəllərində ölkənin regionun böyük dövlətləri arasında qanlı müharibələr teatrına çevrildiyi zaman öz müstəqilliyi uğrunda yadelli işğalçılara qarşı qəhrəmanlıqla mübarizə aparıb.

N.Qurbanova xanlığın paytaxtı İrəvan şəhərinin adının orta əsr yazılı mənbələrində “Rəvan”, “İrəvan”, “İrivan” kimi çəkilib, şəhər 4 məhəllədən - Qala, Şəhər, Təpəbaşı və Dəmirbulaq yaşayış massivlərindən ibarət olub. Səfir İrəvan şəhəri və onun ətrafında hidronim və oykonimlərin mütləq əksəriyyətinin Azərbaycan dilində olmasının bu ərazinin azərbaycanlıların qədim yaşayış məskənlərindən olduğunu sübut etdiyini diqqətə çatdırıb.

O, Avropalı səyyah və səlnaməçilərin, o cümlədən Jan Batist Tavernye, Jan Şarden, Dübua de Monper, Avqust fon Haksthauzen və digərlərinin əsərlərində İrəvan şəhərinin səciyyəvi müsəlman şəhəri kimi təsvir olunduğunu qeyd edib.

Səfir həmçinini indiki Ermənistan ərazisində mövcud olmuş 3500 tarixi və mədəni abidə, 500 qəbiristanlıq və 391 məscidin Qərbi Azərbaycanın tarixi irsinin tərkib hissəsi olduğunu vurğulayıb və 1905-1906, 1918-1920, 1948-1953 və 1987-88-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və qırğınlarin nəinki azərbaycanlıların indiki Ermənistandan kütləvi surətdə köçürülməsi ilə nəticələndiyi, həm də minlərlə tarixi abidə, məscidin yerlə-yeksan edildiyini diqqətə çatdırıb.

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – mətbuat katibi Ülviyyə Zülfiqar çıxışı zamanı deyib ki, qərbi azərbaycanlılar ötən əsr ərzində bir neçə dəfə deportasiyaya məruz qalıb və nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistanın Qərbi azərbaycanlıların zəngin mədəni irsinə ağır zərbələr vurduğunu, azərbaycanlıların yaşayış məntəqələrini xarabalığa çevirdiyini, əsrlərin sınağından keçmiş abidələri yerlə yeksan etdiyini qeyd edən İcma rəsmisi, Ermənistanda azərbaycanlılara məxsus 300-dən çox məscidin, yüzlərlə qəbiristanlığın məhv edildiyini bildirib. İcma rəsmisi mədəni irsə edilən hücumun həm də bütövlükdə bəşəriyyətə qarşı yönəldiyini qeyd edərək, beynəlxalq ictimaiyyəti, İcmanın ədalət yolunda apardığı mübarizəyə dəstək verməyə çağırıb.

Qeyd edək ki, oktyabr ayının 25-dək davam edəcək sərgidə Qərbi Azərbaycanın zəngin irsini əks etdirən şəkillər, eksponatlar, kulinariya nümunələri əks edilib. İrəvan xanlığının bayrağı, Qərbi Azərbaycanlıların deportasiyası, dağıdılmış məscidlərimiz, abidələrimiz, qəbiristanlıqlarımız, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotolarının əks olunduğu sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb, soydaşlarımızın başlarına gətirilən müsibətlər barədə onlara ətraflı məlumat verilib. Tədbirdə həmçinin Qərbi Azərbaycan mətbəxindən təamlar nümayiş olunub.

 

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51