Sabiq gömrük əməkdaşları barəsindəki hökmlərdən kassasiya protestləri verilib
CƏMİYYƏT
15:57
15.10.2024
Baxılıb: 372
Sabiq gömrük əməkdaşları barəsindəki hökmlərdən kassasiya protestləri verilib

Rüşvət almaqda təqsirləndirilən sabiq gömrük əməkdaşları barəsində hökmlərdən kassasiya protestləri verilib.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin sabiq əməkdaşı Orxan Zöhrabova Cinayət Məcəlləsinin 32.5,308.2 və 32.5,311.3.2-ci maddələri (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və təkrar rüşvət almada köməkçi) ilə təqsirləndirildiyi cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16.09.2024-cü il tarixli hökmü ilə bəraət verilməsi ilə bağlı oktyabrın 8-də dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

Həmçinin, qeyd edilib ki, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun sabiq əməkdaşı Mirağa Ağayevin isə həmin Məcəllənin 308.2 və 311.3.1-ci maddələrilə (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16.09.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2022-ci il tarixli bəraət hökmünün dəyişdirilmədən saxlanılması ilə bağlı da oktyabrın 8-də dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Estoniyada Rusiya vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsi təklif olunub
13:30
SOCAR Qarabağ və Şərqi Zəngəzurda görüləcək işləri açıqlayıb
13:25
Sabahın havası necə olacaq?
13:18
Ukrayna yalnız Avropa İttifaqının əvvəlcədən müəyyən edilmiş siyasi şərtlərini yerinə yetirdikdən pul alacaq
13:16
Yağıntılı hava məktəblərdə davamiyyətə təsir etməyib
13:11
Azərbaycan gömrükçüləri aksiz markasız siqaretlər aşkarlayıb
13:09
Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin keçirilməsi ilk oxunuşda təsdiqlənib
13:07
Siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət üçün yeni qaydanın müəyyənləşməsi təsdiqlənib
13:02
Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımanın həcmi artıb
12:52
Bakıda Neft Emalı Zavodunda yanğın
12:48
Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib
10:47
Milli Məclisin deputatları Özbəkistanda parlament seçkilərini müşahidə edəcəklər
10:45
Lənkərançayda suyun səviyyəsində artım qeydə alınıb
10:37
Hikmət Hacıyev: BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və ədalətli dünya nizamına töhfə verir
10:35
Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifədən azad edilib
10:30
AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq
10:22
“Gürcü Arzusu"nun təmsilçisi: Bizi sülh maraqlandırır, müxalif qüvvələrin təsirinə yol verməməliyik
10:21
Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96 %-də milli valyutalar istifadə olunur
10:17
Qərbi Azərbaycan Xronikası: “Ermənilər Çivə kəndindəki abidələri məhv etmişdilər”
10:13
BMT rəsmisi: Ermənistanın əsir götürdüyü itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirmişik
10:12