Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya imzalanıb
İQTİSADİYYAT
14:50
21.11.2023
Baxılıb: 5270
Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya imzalanıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin nümayəndələri Endrü Auerbax Tomas Balko və Sara Şirmur ilə görüşdə vergiyə dair konvensiya imzalanıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin nümayəndələri Endrü Auerbax, Tomas Balko və Sara Şirmur ilə görüşüb. Görüşdə İƏİT ilə ölkəmiz arasında uğurlu əməkdaşlıq qeyd olunub, Azərbaycanın İƏİT çərçivəsində bügunədək qoşulduğu vergi məsələlərini tənzimləyən Çoxtərəfli Konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi səviyyəsinin yüksək qiymətləndirildiyi bir daha vurğulanıb.

 

Eyni zamanda, Azərbaycanın “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) layihəsinin İnklüziv Çərçivəsinə üzv qismində qoşulmasının önəmi və bu platformada əldə edəcəyi faydalar və perspektiv fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb. Azərbaycan Respublikasının vergi qanunvericiliyinin və inzibatçılığının BEPS-in 15 fəaliyyətlərdən və həmçinin Pillar 1 və Pillar 2 (GloBE rules) layihələrdən irəli gələn beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək, iqtisadiyyatın rəqəmsallaşmasından irəli gələn vergi məsələlərini həll etmək üçün İƏİT tərəfindən mümkün texniki yardımlar barədə dəyərləndirmələr aparılıb.

 

Görüşün nəticəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya” (MLI) imzalanıb. Bununla da, Azərbaycan 100-dən çox ölkənin qoşulduğu Konvensiyaya tərəfdar çıxmaqla, qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesinə töhfə vermək niyyətini nümayiş etdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Netanyahunun ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb
22:24
Avstriya "Bakı–Tbilisi–Qars"la yüklərin daşınmasında maraqlıdır
22:22
Vilnüsdə Azərbaycanla Litva arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub
22:20
İsrail ordusu “Hizbullah”ın komandiri Aqilin öldüyünü təsdiqləyib
22:19
Ermənistan TŞ-nin katibi və ABŞ dövlət katibinin köməkçisinin müavini Bakı ilə İrəvan arasında sülh danışıqlar
22:17
“Qarabağ” və “Əşrəfi -Dan Ulduzu–Aypara” neft yataqlarına dair Anlaşma Memorandumu imzalanıb
22:16
“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb
22:15
Ərdoğan BMT Baş Assambleyasından öncə Harrislə görüşməyi planlaşdırır
22:13
Dünya liderləri BMT-nin “Yüksək Səviyyəli Həftə“sində bir araya gələcək
22:11
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
21:56
EBRD Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə 100 milyon dollar ayıracaq
21:54
Qlobal elektrik avtomobil bazarı 2024-cü ildə 22 % artacaq
21:53
Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırmaq istəyir
21:52
Yeni qan qrupu kəşf edildi: MAL
11:27
AfD seçki aksiyası olaraq silah paylayır
11:01
İsrailin iki hərbçisi Livanla sərhəddə ölüb
10:27
Prezidentin Xankəndi səfəri davam edir: Qarabağ Universitetinin açılışı oldu
10:20
Avropa Komissiyasının prezidenti Kiyevə səfər edib
10:19
Azərbaycan neftinin qiyməti 78 dolları keçib
10:15
ABŞ Filippində yerləşdirdiyi “Typhon” raket sistemlərini çıxarmaq niyyətində deyil
10:14