Elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb
İQTİSADİYYAT
13:41
08.12.2023
Baxılıb: 5314
Elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni texnologiyalar tətbiq edilməklə yol yatağının, yol qurğularının və digər infrastruktur elementlərinin qorunması, yolların istismar müddətinin uzadılması, təhlükəsizlik və digər tələblərin təmin edilməsi xüsusilə diqqətdə saxlanılır.

 

 

Bu xüsusda elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb. Məqsəd ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsi, eləcə də bölünməsi mümkün olmayan yüklə yüklənmiş iriqabaritli və   ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə icazə əsasında həyata keçirilməsinin təmin edilməsidir.

 

Yeni yaradılan mərkəz avtomobil yollarında quraşdırılan elektron tərəzilərdən əldə olunan məlumatların bir məkanda toplanmasına, emalına, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş qaydada istifadəsinə imkan verəcək. Belə ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta elektron tərəzilərin köməyi ilə aşkar edilərək mərkəzə göndəriləcək. Daha sonra həmin məlumatlar əsasında elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına ötürüləcək. Qeyd edək ki, elektron tərəzilərin tədricən bütün magistral yollarda quraşdırılması nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Türkiyədə “İstehsalın planlaşdırılması” kənd təsərrüfatında məhsuldarlığı artıracaq
00:45
Trampa seçkidən sonra porno aktrisanın işi üzrə hökm çıxarılacaq
22:02
MKİ və Mİ6 rəhbərləri Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu qiymətləndiriblər
21:53
FAO Əfqanıstanda on milyondan çox insana yardım edəcək
18:55
Pakistanda poliomielit xəstəliyinə 17 yoluxma halı qeydə alınıb
18:53
Memar Frans Yants: Xalça Azərbaycan xalqının və bu torpağın mədəni kodudur
18:50
Aktau limanında Azərbaycan-Qazaxıstan nəqliyyat əməkdaşlığının perspektivləri müzakirə olunub
18:49
KİV: Ukrayna ordusu “uçan” Kalaşnikov avtomatlarından istifadəyə başlayıb
17:52
Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub
17:50
Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib
17:47
Macarıstan XİN başçısı Ermənistana səfər edəcək
17:45
Milli Müdafiə Universitetinin xüsusi təyinatlı hərbi kolleclərində peşəkar gizir (miçman) heyəti hazırlanacaq
16:26
Azərbaycana xaricdən uçuşların sayı 22 % artıb
16:24
Azərbaycanda hərbçilərə güzəştli ipoteka kreditləri üçün maliyyə dəstəyinin şərtləri məlum olub
16:21
MN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini Eldəniz Yəhyayev icra edir
16:18
Perspektiv: Arktikada Rusiya və NATO yeni marşrutlar və resurslar uğrunda rəqabət aparır
16:14
Sinif düşərgəsində uşaqlara siqaret və spirt verdilər
15:48
Alman təyyarəsində bomba xəbərdarlığı: Ərzurumda məcburi eniş
15:39
Saxta polis qocadan pul alarkən tutuldu
15:36
Səhiyyə naziri: Parlament istəsə, Afrikaya peyvənd göndərəcəyik
15:27