İqtisadiyyat naziri Yurgen Riqterink ilə görüşüb
İQTİSADİYYAT
16:41
13.12.2023
Baxılıb: 5545
İqtisadiyyat naziri Yurgen Riqterink ilə görüşüb

Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfəri çərçivəsində Londonda AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.

 

İqtisadiyyat naziri Azərbaycanın Bankla əlaqələrin inkişafına önəm verdiyini, AYİB-ə ölkəmizin iqtisadi inkişafına uzunmüddətli və davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib. Nazir ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərinin qlobal məqsədlərə uyğunluğunu vurğulayaraq, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üçün səylərin birləşdirilməsinin önəmini qeyd edib. Bildirilib ki, bu kontekstdə Bankla “yaşıl” iqtisadiyyat, enerji, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq praktiki addımların müzakirəsi vacibdir.

 

Birinci vitse-prezident Yurgen Riqterink ikitərəfli əməkdaşlıq portfelinin mühüm məsələləri əhatə etdiyini və Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüslərinin tərəfdaşlığı stimullaşdırdığını diqqətə çatdırıb. Yurgen Riqterink BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un gələn il Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, AYİB-in bu istiqamətdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.

 

Tərəflər Bankla tərəfdaşlıq perspektivləri, bərpa olunan enerji, özəl sektorun dəstəklənməsi və informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Estoniya “Rail Baltic” layihəsinin maliyyələşdirilməsinə 200 milyon avro ayıracaq
09:29
İsrail ordusu: Livandan 5 raket atılıb
09:28
ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqləyib
09:27
Dövlət Departamenti Yaponiyaya yanacaqdoldurma təyyarələrinin satışını təsdiqləyib
09:24
NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək
09:23
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 39 şübhəli saxlanılıb
09:21
Reuters: Aİ Rusiyaya qarşı sanksiyaların uzadılması yollarını nəzərdən keçirir
00:45
Ulduzlararası səyahətin qapısı 2025-ci ildə Artemida ilə açılır
23:13
Türk həkimlərin ixtirası beyin şişi olan xəstələrin ömrünün proqnozlaşdırılmasını asanlaşdıra bilər
23:05
TCG Alemdar Norveçdə DYNAMIC MONARCH-24 təlimində iştirak edəcək
23:00
Çexiyada quş qripi epidemiyası qeydə alınıb
22:49
Serbiya gələn il hərbi çağırışı bərpa etməyi planlaşdırır
22:47
Ukraynaya “Patriot” kompleksi üçün radar verilib
22:33
Ermənistanda Robert Koçaryana qarşı iş bərpa edilib
22:31
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi heç-heçə edib
22:29
Reuters: Rusiya dronları üçün Çindən gələn mühərriklərdən istifadə edir
22:25
Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı 4 nəfərə çatıb
22:21
Zelenski: Rusiya noyabrda keçiriləcək yeni sülh sammitinə dəvət olunacaq
22:19
Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirilib
22:15
Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndənin Azərbaycana səfəri başlayıb
22:13