Vergi ödəyiciləri üçün yeni nəsil rəqəmsal “Asan İmza” xidməti istifadəyə verilib
İQTİSADİYYAT
14:01
28.12.2023
Baxılıb: 6668
Vergi ödəyiciləri üçün yeni nəsil rəqəmsal “Asan İmza” xidməti istifadəyə verilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “BEST Solutions” şirkəti ilə birlikdə elektron SİM əsaslı (eSİM) yeni nəsil gücləndirilmiş mobil rəqəmsal “Asan İmza” xidmətini təqdim edib. eSİM SİM-kart vasitəsilə əldə edilən “Asan İmza”nın elektron formasıdır.

Müasir smartfonların dəstəklədiyi eSİM “Asan İmza” ilkin mərhələdə mobil operatorlardan birinin abunəçiləri üçün nəzərdə tutulub, sonrakı mərhələdə isə digərlərinin abunəçiləri tərəfindən də istifadəsi mümkün olacaq. Yeni nəsil eSİM “Asan İmza” həllinin bir sıra üstünlükləri mövcuddur. Bu həll, ilk növbədə, elektron sənədlərin etibarlı şifrələnməsi və deşifrə olunmasını, müasir kriptoalqoritmlər vasitəsilə təhlükəsizliyi təmin edir. Eyni zamanda,  virtual eSİM kartının tətbiqi fiziki SİM-kartın oğurlanması və ya itirilməsi riskini aradan qaldırır.

Smartfonlara quraşdırılan yeni nəsil texnologiyaya əsaslanan eSIM fiziki SİM-kartı əvəz edir. eSİM həllinin üstünlüklərinə yalnız yüksək təhlükəsizlik deyil, həmçinin, ekoloji cəhətdən səmərəli, plastik kartlardan imtina konsepsiyasına uyğunluq və təkmilləşdirilmiş funksionallıq xüsusiyyətləri daxildir. eSİM istifadəçisi telefonunda bir neçə nömrəni aktiv saxlamaq imkanı əldə edir.

Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən vergi ödəyicilərinin məlumatlarının təhlükəsizliyi və mühafizəsinin təmin edilməsi məqsədilə İnternet Vergi idarəsinə (www.e-taxes.gov.az) istifadəçi kodu, parol və şifrə vasitəsilə daxil olmaq imkanı məhdudlaşdırılacaq.

“Asan İmza” “Elektron imza və elektron sənəd haqqında” Qanuna uyğun olaraq, əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir, dövlət və özəl sektorda 2000-dən çox elektron xidmətdə fəal istifadə edilir. Bugünə qədər 3 milyondan çox “Asan İmza” sertifikatı verilib və 300 milyondan çox tranzaksiya icra edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi yayıldı
17:43
Cevdet Yılmaz: Şimali Kipr tezliklə Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olacaq
17:42
Filip Davis noyabrın 9-da Azərbaycana səfərə gəlib
17:23
Cevdet Yılmaz: Şimali Kipr tezliklə Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olacaq
17:19
Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ilə görüşüb
17:16
Azərbaycan Gürcüstanla şəhərsalmaya dair layihələrin icrasını müzakirə edib
15:00
Türkiyə ordusu Suriya və İraqda yeni əməliyyat keçirib, 13 terrorçu öldürülüb
14:59
İsrail ordusu ölkənin şimalına növbəti raket atışlarının qeydə alıb
14:56
Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilir
14:53
WSJ: Rusiya “Rosneft”, “Qazprom Neft” və “Lukoyl”u birləşdirərək meqaşirkət yaratmağı planlaşdırır
13:33
Qazaxıstanda Müdafiə Nazirliyinin helikopteri sərt eniş edib, ölən var
13:22
Səfir: Azərbaycan və BƏƏ arasında viza rejiminin ləğvi turizm sahəsində inkişaf üçün imkanlar yaradır
13:16
KOBİA ötən ili mənfəətlə başa vurub
13:11
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 11 % artıb
10:25
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
10:23
Miçotakis: Türkiyə ilə Yunanıstan arasında sabitlik qorunmalıdır
10:21
KXDR Koreya yarımadası ərazisində GPS siqnalını bloklamağa başlayıb.
10:20
Britaniyada polis idarəsinin yaxınlığında marixuana fabriki aşkarlanıb
10:18
“Times Square” meydanında Azərbaycanın ərazi bütövlüyünün əks olunduğu xəritə nümayiş olunub
10:16
Tanzaniyanın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
10:14