Ölkəyə gələn əcnəbilərin sayı artıb
İQTİSADİYYAT
14:24
05.04.2024
Baxılıb: 5357
Ölkəyə gələn əcnəbilərin sayı artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 167 ölkəsindən 341,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 26,8 faizi Rusiya Federasiyası, 19,9 faizi Türkiyə, 9,8 faizi İran, 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,7 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Pakistan, 2,1 faizi Küveyt, 1,8 faizi Özbəkistan, 1,5 faizi Türkmənistan, hər birindən 1,3 faiz olmaqla Oman və Ukrayna, 1,1 faizi Belarus, 11,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 73,9 faizini kişilər, 26,1 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,8 dəfə, Hindistandan - 2,7 dəfə, Qırğızıstandan - 2,6 dəfə, Bəhreyndən - 2,5 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Tacikistandan - 2,4 dəfə, Filippindən - 2,0 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Özbəkistandan - 1,9 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İordaniyadan - 1,8 dəfə, İtaliyadan - 1,8 dəfə, Türkmənistandan - 1,7 dəfə, Misirdən - 1,7 dəfə, Yəməndən - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, İrandan - 1,6 dəfə, Polşadan - 47,7 faiz, Türkiyədən - 38,8 faiz, Fransadan - 38,5 faiz, Ukraynadan - 31,7 faiz, Pakistandan - 28,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 27,6 faiz, Almaniyadan - 27,0 faiz, Gürcüstandan - 24,5 faiz, ABŞ-dan - 24,3 faiz, Moldovadan - 23,9 faiz, Rusiya Federasiyasından - 21,5 faiz, Niderlanddan - 20,9 faiz, Belarusdan - 14,0 faiz, Böyük Britaniyadan - 13,9 faiz, Qətərdən - 11,9 faiz artmışdır. 

2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 68,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 11,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31,4 faiz artaraq 122,8 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,6 faizi hava, 31,0 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.                                                                                                                            

2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 36,0 faiz artaraq 296,5 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 38,5 faiz, Gürcüstana gedənlərin sayı  32,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 30,6 faiz, Türkiyəyə gedənlərin sayı 30,1 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 37,9 faizi Türkiyəyə, 21,9 faizi Rusiya Federasiyasına, 9,7 faizi Gürcüstana, 8,5 faizi İrana, 22,0 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 68,2 faizini kişilər, 31,8 faizini qadınlar təşkil etmişdir.

2024-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,7 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51