Ekspert: Elektrik enerjisinin israfı bu sahədə səmərəliliyi də azaldır
İQTİSADİYYAT
11:53
27.08.2024
Baxılıb: 2339
Ekspert: Elektrik enerjisinin israfı bu sahədə səmərəliliyi də azaldır

Elektrik enerjisinin qənaəti çox vacib məsələdir. Belə ki, dünyanın bir çox ölkələrində elektrik enerjisinin istehsalında yanacaq kimi, ənənəvi enerji növlərindən istifadə olunur. Bu hal atmosferə buraxılan karbondioksidin həcmini artıraraq hava çirklənməsinə yol açır. Belə ki, 1 litr benzinin yanmasından havaya 1.6 m3 karbondioksid buraxılır. Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il dünyada təqribən 9 milyon insan hava çirklənməsinin səbəb olduğu ürək çatışmazlığından ölür. Digər tərəfdən də elektrik enerjisinin israfı bu sahədə səmərəliliyi də azaldır. Ona görə də, elektrik enerjisindən maksimum qənaətlə istifadə etmək lazımdır.

Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov bildirib.

O qeyd edib ki, ölkəmizin bərpaolunan enerji mənbələri baxımından çox böyük potensialı var. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135QVt, dənizdə 157 Qvt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 Qvt, o cümlədən külək enerjisi üzrə 3000 Mvt, günəş enerjisi üzrə 23000 Mvt, bioenerji potensialı 380 Mvt, dağ çaylarının potensialı üzrə 520 Mvt həcmində qiymətləndirilir.

Ekspert əlavə edib ki, son 5 ildə Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi istehsal gücü 31 faiz artaraq 1700 Mvt-a yaxınlaşıb.

“Ölkəmizdə 2023-cü ildə 29276.6 min kv/s elektrik enerjisi istehsal olunub. Onun 7 faizi bərpaolunan mənbələr hesabına istehsal edilib. Qeyd olunan dövrdə külək elektrik stansiyalarında 56.6 milyon kilovat saat, günəş elektrik stansiyalarında 79.4 milyon kilovat -saat ,bərk məişət tullantılarının emalı zavodunda isə 223 milyon kilovat -saat elektrik enerjisi istehsal edilib”, - deyə S.Heydərov bildirib. Qeyd edib ki, ölkəmizdə bərpaolunan enerji istehsalına çox böyük əhəmiyyət verilir. Belə ki, Abşeron regionunda 240 MVT-lıq günəş və 240 MVT-lıq külək enerjisi stansiyalarının quraşdırılması ekoloji təmiz, həmçinin qənaətcil enerji hesabına elektrik enerjisinin ixrac potensialını artırmaqla yanaşı, elektrik stansiyalarında istifadə olunan 5.6 milyard kubmetr qazın bir hissəsinin qənaət edilərək, ixraca yönəldilməsinə imkan verib.

Onun sözlərinə görə, elektrik stansiyalarında karbohidrogen yanacağından az istifadə edilməsi hesabına milyon tonlarla karbondioksidin qarşısı alınır və bu, ölkədə ekoloji sağlamlaşma prosesinə təkan verir. “Bu, həm də beynəlxalq konvensiyalara uyğun tullantı kvotasının və eyni zamanda, COP29-un ev sahibi olan rəsmi Bakının ekoloji kvotanın icrasını həyata keçirməsinə bariz nümunədir”, - deyə ekspert bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Estoniyada Rusiya vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsi təklif olunub
13:30
SOCAR Qarabağ və Şərqi Zəngəzurda görüləcək işləri açıqlayıb
13:25
Sabahın havası necə olacaq?
13:18
Ukrayna yalnız Avropa İttifaqının əvvəlcədən müəyyən edilmiş siyasi şərtlərini yerinə yetirdikdən pul alacaq
13:16
Yağıntılı hava məktəblərdə davamiyyətə təsir etməyib
13:11
Azərbaycan gömrükçüləri aksiz markasız siqaretlər aşkarlayıb
13:09
Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin keçirilməsi ilk oxunuşda təsdiqlənib
13:07
Siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət üçün yeni qaydanın müəyyənləşməsi təsdiqlənib
13:02
Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımanın həcmi artıb
12:52
Bakıda Neft Emalı Zavodunda yanğın
12:48
Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib
10:47
Milli Məclisin deputatları Özbəkistanda parlament seçkilərini müşahidə edəcəklər
10:45
Lənkərançayda suyun səviyyəsində artım qeydə alınıb
10:37
Hikmət Hacıyev: BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və ədalətli dünya nizamına töhfə verir
10:35
Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifədən azad edilib
10:30
AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq
10:22
“Gürcü Arzusu"nun təmsilçisi: Bizi sülh maraqlandırır, müxalif qüvvələrin təsirinə yol verməməliyik
10:21
Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96 %-də milli valyutalar istifadə olunur
10:17
Qərbi Azərbaycan Xronikası: “Ermənilər Çivə kəndindəki abidələri məhv etmişdilər”
10:13
BMT rəsmisi: Ermənistanın əsir götürdüyü itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirmişik
10:12