Rəqəmsal transformasiya özü ilə müəyyən risklər də gətirə bilər və bunları artıq görmək mümkündür
İQTİSADİYYAT
13:28
04.09.2024
Baxılıb: 519
Rəqəmsal transformasiya özü ilə müəyyən risklər də gətirə bilər və bunları artıq görmək mümkündür

2026-cı ilə qədər Azərbaycanda ictimai xidmətlərin 80 %-nin rəqəmsallaşdırılması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov "Kağızsız Hökumət: Rəqəmsallaşma və Ətraf Mühitə Təsiri" adlı tədbirdə deyib.

"Bu məqsədə çatmaq üçün bir sıra sistemləri rəqəmsallaşdırmışıq. Bu işlərə 2011-ci ildə başlamışdıq. İlk dəfə Elektron Hökumət Platformasını istifadəyə verdik. Hazırda hiss edirik ki, bizim rəqəmsallaşdırdığımız xidmətlər real şəkildə ehtiyaclara uyğun deyil. Səhv nə idi o zaman? O platformada hər şey xidmət perspektivindən, vətəndaş perspektivindən formalaşdırılmışdı. Bizim vizyonumuzda son istifadə vətəndaşlara yönəlmişdi.

Buna baxmayaraq, rəqəmsal xidmətlər, platformalar hətta onlar üçün mürəkkəbləşməyə başlamışdı. Bu onu göstərir ki, bəzən izafi rəqəmsallaşma, yəni aşırı rəqəmsallaşma heç də yaxşı deyil. Bu səbəbdən biz bəzi xidmətləri birləşdirdik ki, vətəndaşlar asanlıqla onları əldə etsin", - R. Xalıqov bildirib.

Bunları nəzərə alaraq, onun sözlərinə görə, hazırda dəqiq və konkret olaraq nəyə ehtiyacın olduğu müəyyənləşdirilir: "Rəqəmsallaşmada əsas məqsəd inzibati xərcləri azaltmaqdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR
Tokayev: Orta Dəhliz Avropaya ən qısa və ən etibarlı marşrutdur
20:29
Kursk yaxınlığında iki sərhəd bölgəsinin sakinləri təxliyə edilir
20:07
Pakistan rəsmisi: "Azərbaycanla imzalanmış yeni ticarət sazişi tərəfdaşlığın inkişafına təkan verəcək"
17:59
Kaluqa vilayətinin qubernatoru Bakıda əməkdaşlıq məsələlərini müzakirə edir
17:57
Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı artırılıb
17:56
Azərbaycan “Dubai Port World” ilə tranzit daşımaları əməkdaşlığını müzakirə edib
17:54
BRICS XİN başçıları sentyabrın sonunda Nyu-Yorkda danışıqlar aparacaqlar
17:51
Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq
17:50
Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır
17:48
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
17:42
Qazaxıstan və Almaniya arasında Birgə Bəyannamə imzalanıb
17:40
Azərbaycan Efiopiyaya un məmulatları ixrac edəcək
17:38
Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib
17:37
İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi məsələsini öyrənirik
17:34
Azərbaycan Vyana Ticarət Palatasının turizm tədbirində təmsil olunub
17:30
Azərbaycan bir sıra ölkələrlə aqrar sahədə elmi əməkdaşlığı müzakirə edib
17:28
“AzərEnerji” “Yaşıl enerji”yə dair kompleks tədbirlərin icrasına başlayıb
17:27
Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ açılıb
17:07
Azərbaycan qazının Avropa və Türkiyəyə ixracı ilə bağlı bu il üçün proqnozlar açıqlanıb
17:03
Dövlət Xidməti: Kiberhücumların sayında kəskin artım müşahidə olunur
17:01