“Uniper” Azərbaycandan qaz alışını artırmaq niyyətindədir
İQTİSADİYYAT
16:03
18.09.2024
Baxılıb: 636
“Uniper” Azərbaycandan qaz alışını artırmaq niyyətindədir

Almaniyanın “Uniper” şirkəti Azərbaycandan əlavə həcmdə qaz almaqda maraqlıdır və indiki 1,5 milyard kubmetri iki dəfə artırmaq imkanına malikdir.

Bu barədə “Report”a “Uniper”in Azərbaycan nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli bildirib.

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlar davam edir, biz əlavə həcmdə qaz almaq istərdik, lakin müzakirə prosesi davam etdiyi üçün detalları açıqlaya bilmərəm. Bu həcmlərin nə qədər olacağı SOCAR-dan, yəni onun imkanlarından asılıdır, Azərbaycanın ixrac infrastrukturu və yataqlarının imkanları nəzərdə tutulur. Lakin yataqlarla bağlı heç bir problem görmürəm, əsas məsələ infrastruktur və onun genişləndirilməsi ilə bağlıdır. Bunun üçün SOCAR-ın xüsusilə Avropa İttifaqının dəstəyinə ehtiyacı var. Avropa maliyyə strukturları isə əsas diqqəti "yaşıl gündəliyə" yönəldib və karbon layihələrinin maliyyələşdirilməsini prestijli hesab etmir. Bununla belə, biz Azərbaycandan qaz alışının həcmini artırmaq niyyətindəyik və bu həcmlər olarsa, almağa hazırıq”, - o qeyd edib.

R.Hüseynli bildirib ki, Avropanın qaza tələbatı çox böyükdür.

“Hazırda biz 1,5 milyard kubmetr qaz [“Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində] alırıq və hazırkı həcmi iki dəfə artıra bilərik. “Uniper” Azərbaycanın və bütövlükdə, Xəzər regionunun qaz bazarında maraqlıdır”, - o əlavə edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Startaplara 12 milyard avro dəstək vəd edir
17:01
Metroda doğulan körpə üçün ömürlük pulsuz abunə
16:55
SVP: İmmiqrantlardan hərbidən azad vergisi alınmalıdır
16:52
Büdcə planları narahatlıq yaradır
16:47
Intelə dövlət dəstəyi ilə bağlı müzakirələr davam edir
16:44
Berlində qəsdən yandırmada şübhələnir
16:40
Tibb bacıları tərk edilmiş xəstəxanada yaşamağa məcbur edildi
16:25
Norveçdə benzinlə işləyən avtomobillərdən daha çox elektrik avtomobilləri var
11:46
ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk dəfə əsas faiz dərəcəsini aşağı salıb
11:43
Macarıstan Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:38
Hollandiya Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:36
NATO-nun iki qərargahı Finlandiyada yerləşəcək
11:29
Bir il ərzində Rusiyanı 2 milyondan çox miqrant tərk edib
11:25
BMT Baş Assambleyası İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb
11:22
Hər il 1 trilyon ABŞ dollarından çox ziyan
11:09
KİV: İsrail partlayıcı maddələrlə təchiz olunan peycer istehsal edən saxta şirkət yaradıb
11:07
İlon Mask ABŞ-ni senzurada ittiham edib
11:06
Foto və daktiloskopik barmaq izinin identifikasiyası proseduruna başlanılacaq
11:04
Polkovnik: Azərbaycan Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi
11:02
Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması müzakirə ediləcək
11:02