ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb
İQTİSADİYYAT
18:24
25.09.2024
Baxılıb: 838
ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın 2024-cü il üçün iqtisadi artım proqnozunu 1,5 faiz bəndi artıraraq 2,7 %-ə yüksəldib.

“Report” bu barədə bu gün dərc edilmiş "Asiyanın İnkişaf Perspektivləri" (ADO) hesabatının sentyabr sayına istinadə xəbər verir.

ADB-nin apreldə dərc edilmiş hesabatında bu il üçün 1,2 % səviyyəsində artım proqnozlaşdırılırdı.

Gələn ildə isə ÜDM-in artım tempi 2,6 % səviyyəsində proqnozlaşdırılır ki, bu, apreldəki proqnoza nisbətən bir faiz bəndi çoxdur.

Bankın analitikləri qeyd edirlər ki, yaxşılaşmanın əsas amilləri qeyri-neft sektorunun artımı, dövlət xərclərinin artması və investisiya fəallığının güclənməsi olub.

2024-cü ilin birinci yarısında qeyri-neft iqtisadiyyatının artımı 6,9 % təşkil edib, karbohidrogen sektoru isə daha mütəvazi nəticə - 0,6 % göstərib. Eyni zamanda, qaz hasilatının 3,4 % artması neft hasilatının 4,9 % azalmasını kompensasiya edib. Nəticədə iqtisadi artım 2023-cü ilin birinci yarısındakı 0,5 %-dən 2024-cü ildə 4,3 %-ə qədər sürətlənib. Kənd təsərrüfatında isə əksinə, kənd təsərrüfatı məhsullarının istehsalının azalması səbəbindən artım 3,4 %-dən 0,2 %-ə qədər yavaşlayıb. Sənaye sektoru 0,9 % artım nümayiş etdirib ki, bu da neft-kimya və qida sənayesində istehsalın 7,4 % artması hesabına baş verib və 2023-cü ilin birinci yarısında hasilatın 3,7 % azalması səbəbindən sənaye istehsalının 1,8 % azalmasını kompensasiya edib.

ADBhəmçinin qeyd edir ki, investisiyaların əhəmiyyətli artımı tikintidə artım tempinin 2023-cü ilin birinci yarısındakı 9,2 %-dən bir il sonra 18,4 %-ə qədər ikiqat artmasına səbəb olub. Xidmət sahəsində artım 1,6 %-dən 6,1 %-ə yüksəlib ki, bu da 15,4 % artım göstərən nəqliyyat sektorunun inkişafı ilə dəstəklənib.

ADB ekspertləri müsbət dinamikanın ilin sonuna qədər davam edəcəyini gözləyirlər ki, bu da 2024 və 2025-ci illər üçün proqnozların yenidən nəzərdən keçirilməsinə səbəb olub.

Xatırladaq ki, 2023-cü ilin nəticələrinə görə ölkənin ÜDM artımı 1,1 % təşkil edib. Hökumətin proqnozlarına görə, 2024-cü ildə ÜDM artımı 4,2 %, 2025-ci ildə isə 3,5% səviyyəsində gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Estoniyada Rusiya vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsi təklif olunub
13:30
SOCAR Qarabağ və Şərqi Zəngəzurda görüləcək işləri açıqlayıb
13:25
Sabahın havası necə olacaq?
13:18
Ukrayna yalnız Avropa İttifaqının əvvəlcədən müəyyən edilmiş siyasi şərtlərini yerinə yetirdikdən pul alacaq
13:16
Yağıntılı hava məktəblərdə davamiyyətə təsir etməyib
13:11
Azərbaycan gömrükçüləri aksiz markasız siqaretlər aşkarlayıb
13:09
Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin keçirilməsi ilk oxunuşda təsdiqlənib
13:07
Siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət üçün yeni qaydanın müəyyənləşməsi təsdiqlənib
13:02
Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımanın həcmi artıb
12:52
Bakıda Neft Emalı Zavodunda yanğın
12:48
Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib
10:47
Milli Məclisin deputatları Özbəkistanda parlament seçkilərini müşahidə edəcəklər
10:45
Lənkərançayda suyun səviyyəsində artım qeydə alınıb
10:37
Hikmət Hacıyev: BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və ədalətli dünya nizamına töhfə verir
10:35
Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifədən azad edilib
10:30
AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq
10:22
“Gürcü Arzusu"nun təmsilçisi: Bizi sülh maraqlandırır, müxalif qüvvələrin təsirinə yol verməməliyik
10:21
Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96 %-də milli valyutalar istifadə olunur
10:17
Qərbi Azərbaycan Xronikası: “Ermənilər Çivə kəndindəki abidələri məhv etmişdilər”
10:13
BMT rəsmisi: Ermənistanın əsir götürdüyü itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirmişik
10:12