BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) 17-ci Qlobal İnnovasiya İndeksini (Qİİ) dərc edib
İQTİSADİYYAT
11:15
28.09.2024
Baxılıb: 600
BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) 17-ci Qlobal İnnovasiya İndeksini (Qİİ) dərc edib

BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) 17-ci Qlobal İnnovasiya İndeksini (Qİİ) dərc edib.

 

"Report" xəbər verir ki, 133 iqtisadiyyatı əhatə edən İndeks innovasiya fəaliyyətinin potensialı, səmərəliliyi və çərçivə şərtlərini əhatə edən təxminən 80 indikator əsasında tərtib olunub. Təhlil edilən indikatorlar qanunvericilik, elm və təhsil, bazar, biznes, infrastruktur və s. məsələlərin inkişaf göstəricilərini əhatə edir.

 

Qİİ 2024 reytinqi innovasiya fəaliyyətinin iki əsas – “innovasiya resursları” (innovation inputs) və “innovasiya nəticələri” (innovation outputs) alt indeksinlərinə daxil olan 7 indikatordan ibarətdir.

 

“İnnovasiya resursları” (institutlar, insan kapitalı və elm, infrastruktur, bazarın inkişafı və biznesin inkişafı) və “innovasiya nəticələri" alt indeksləri (bilik və texnologiyaların yayılması, kreativ fəaliyyətin nəticələri) ölkələrin iqtisadiyyatlarının innovativ elementlərini və innovasiya fəaliyyətinin faktiki nəticələrini əks etdirir.

 

Qİİ 2024-ün lideri İsveçrədir. İndeks üzrə ilk beşliyi İsveç, Amerika Birləşmiş Ştatları, Sinqapur və Böyük Britaniya tamamlayır. İlk onluqda növbəti yerlərdə Koreya, Finlandiya, Niderland, Almaniya və Danimarka qərarlaşıb. Çin reytinqdə 11-ci yeri tutur.

 

Qİİ 2024-də Azərbaycan 95-ci yerdədir.

 

İndeksin “İnstitutlar” indikatoru üzrə ölkəmiz hökumətin effektivliyi, tənzimləmə keyfiyyəti və siyasi sabitliyin qiymətləndirildiyi göstəricilər üzrə 51-ci yerdədir.

 

 

 

 

“Biznes mühiti” alt indikatorunda ölkəmizin 2 pillə irəliləməsi (15-ci yer) Azərbaycanda innovasiyalar və biznesin inkişafı üçün əlverişli mühitin olduğunun göstəricisidir. Azərbaycan bir çox region dövlətlərini qabaqlayaraq “biznes siyasətinin sabitliyi” alt-indikatorunda da 3 pillə (19-cu yer) irəliləyib.

 

“Biznesin inkişafı” indikatoruna görə ölkəmiz 67-ci pillədə yer alır.

Universitet-sənaye əməkdaşlığında elmi-tədqiqat və inkişaf (30-cu yer), klaster inkişafı (29-cu yer) göstəriciləri üzrə ölkəmiz Cənubi Qafqazda liderdir. Bu göstəricilər elmi və özəl sektor arasında güclü qarşılıqlı əlaqəni əks etdirir ki, bu da tədqiqat və innovasiyaların stimullaşdırılması üçün vacibdir. Hökumət sənaye klasterlərinin yaradılmasını və Azərbaycanın 2030-cu ilədək olan gündəliyinin əsas elementi olan elmi-tədqiqat və inkişaf əməkdaşlığını təşviq edir.

Hesabatdan göründüyü kimi ölkəmizdə həyata keçirilən islahatlar biznes və investisiya mühitinə müsbət təsir göstərib.

 

Azərbaycan “Bilik və texnoloji nəticələr” indikatoru üzrə patent alt indikatorunda (50-ci yer) irəliləyib. Qİİ ekspertlərinin fikrincə, innovasiya fəaliyyətinin bu mühüm göstəricisi üzrə 13 pillə irəliləyiş əldə olunub. Bu nəticə Cənubi Qafqaz regionunda ən yüksək göstəricidir. Bundan əlavə, Azərbaycan Patent Əməkdaşlığı Müqaviləsi (PCT) vasitəsilə təqdim edilən patentlərin sayına görə keçən illə müqayisədə 15 pillə irəliləyərək 72-ci, faydalı model patentlərinin sayına görə isə 49-cu yerdə qərarlaşıb.

 

“Əmək məhsuldarlığının artımı” alt indikatorunda Azərbaycan 34 pillə yüksələrək 28-ci yerdə qərarlaşıb. Bu, sənaye və istehsalatda qabaqcıl texnologiyaların tətbiqi, əqli əməyin inkişafı, işçilərin ixtisasının artırılması və digər bu kimi tədbirlər sayəsində mümkün olmuşdur.

 

Azərbaycan həmçinin “Yaradıcı fəaliyyətin nəticələri” indikatorunun əmtəə nişanı alt indikatorunda 17 pillə irəliləyərək 49-cu yeri tutub. Bu göstəriciyə görə ölkəmiz regionun bir çox ölkələrini qabaqlayır.

 

 

 

 

“İnsan kapitalı və elm” indikatoruna görə Azərbaycan 94-cü yerdə olsa da, təhsildə, xüsusən də tələbə-müəllim nisbəti (20-ci yer) və təhsilə dövlət sərmayəsi (53-cü yer) üzrə əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunub. Üstəlik, Azərbaycan elm və mühəndislik ixtisası üzrə məzunların sayına görə 45-ci yerdədir. Bu irəli mövqe, xüsusilə texnologiya, tədqiqat və mühəndislik kimi sektorlarda innovasiyaları idarə etmək üçün lazım olan güclü texniki istedad bazasını göstərir. Azərbaycanın tədqiqat və inkişafa yönələn korporativ investorların sayında irəli yer tutması (41-ci yer) tədqiqat və inkişafa yatırılan korporativ sərmayənin ölkənin innovasiya ekosisteminin mühüm hissəsinə çevrildiyini göstərir.

 

Təhsil sektorunda aparılan islahatlar və insan kapitalına investisiyalar artıq öz müsbət nəticələrini verir. Bununla belə, təhsil və sənaye arasında əməkdaşlıq daha da gücləndirilməlidir.

 

İndeksin “Yaradıcı fəaliyyətin nəticələri”, “İnfrastruktur” və “Bazarın inkişafı” indikatorları üzrə ümumi göstəricilərlə bağlı Qİİ ekspertləri hesab edir ki, ölkəyə vençur kapitalının cəlb edilməsi, yüksək texnologiya ixracının artırılması və özəl sektorun kreditə əlçatanlığının artırılması məsələləri diqqət mərkəzində saxlanmalıdır. İndeksdə göstərilir ki, ölkəmizdə biznes mühiti yaxşılaşır və güclü innovasiya bazası yaradılır. Bu fonda startaplar və yüksək texnologiyalı sektorlar üçün maliyyələşdirmə mexanizmlərinin tətbiqi, kommersiyalaşdırma və texnologiya transferinin artırılması, tədqiqatları iqtisadi nəticələrə çevirən mexanizmlərin gücləndirilməsi, rəqəmsal infrastruktur, yüksək texnologiyalı sənaye və innovasiyaların dəstəklənməsinin davam etdirilməsi aktuallaşır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
HƏMAS lideri Yəhya Sinvar necə öldürülüb?
09:51
Fransada daşqınlar səbəbindən minə yaxın insan təxliyə edilib
09:29
Aİ sammiti: Gürcüstanın quruma qəbul prosesi faktiki dayandırılıb
09:28
Bayden Netanyahunu HƏMAS rəhbərinin zərərsizləşdirilməsi münasibətilə təbrik edib
09:26
Türkiyə, Rumıniya, Bolqarıstan arasında hərbi mobillik dəhlizi yaradılacaq
09:25
Ukrayna PUA istehsalını 10 dəfə artırıb
09:21
Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək
09:20
Bayden Blinkeni İsrailə göndərəcək
09:18
Bundestaq Bundesverin İraqdakı missiyasının mandatını daha 15 ay uzadıb
09:15
Almaniya Ukraynaya AIM-9L raketləri verəcək
09:13
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
09:11
Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan işğalından azad edilməsinin ildönümüdür
09:09
Azərbaycanın şirkətlər qrupu "GL Group" Türkiyədə təbii qazın işlənməsi layihəsindən 25 % pay alıb
09:06
Gəncədə partlayışın olduğu binada dağıntı altından 4 nəfər sağ çıxarılıb, ölənlər var
09:04
“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb
08:58
Artemida III Ay missiyası üçün hazırlanmış yeni skafandrlar təqdim edildi
08:53
Ayın qaranlıq tərəfinin altında kəşf edilən sirli maqma strukturları
08:49
Məsuliyyətli Sosial Media İnfluencerləri Təlim Proqramı başlayır
08:46
Türkiyə 2026-cı ildə kosmos konfransına ev sahibliyi edəcək
00:00
Günəşdə nə baş verir?
00:00