NEQSOL Holding dünyanın ən böyük titan istehsalçılarından birini alır
İQTİSADİYYAT
11:49
14.10.2024
Baxılıb: 346
NEQSOL Holding dünyanın ən böyük titan istehsalçılarından birini alır

NEQSOL Holding dünyanın ən böyük titan xammalı istehsalçılarından biri olan “Birləşmiş Dağ-Mədən Kimya Şirkəti” SC-nin (BDKŞ/UMCC) sahibi olur.

Titan istehsalı qlobal tələbatın davamlı olaraq artması səbəbindən dünyanın diqqət mərkəzindədir. Bu möhkəm və yüngül metal müxtəlif sənaye sahələrində geniş istifadə olunur və aerokosmik sənayesi, yüksək texnologiyalı tibbi avadanlıqların, protezlərin və elektronikanın istehsalı, habelə kimya sənayesi üçün kritik əhəmiyyət daşıyır.

NEQSOL Holding-in tərkibində olan “Semin Ukrayna” şirkəti, özəlləşdirmə hərracının nəticəsində “Birləşmiş Dağ-Mədən Kimya Şirkəti” SC-nin 100% səhmlərinin alıcısı olub. Bu özəlləşdirmə müqaviləsi Ukrayna Nazirlər Kabineti tərəfindən də təsdiq edilib.

“Birləşmiş Dağ-Mədən Kimya Şirkəti” dünyada titan və sirkonium filizinin konsentratlarını istehsal və emal edən ilk on şirkət arasında yer alır və bu sahədə Avropada ən böyük şirkət hesab olunur. O, qlobal bazarın 4%-ni əhatə edir. 2020-ci ildə şirkət təxminən 350 000 ton titan və sirkonium filizi konsentratları istehsal edib. Şirkətin tərkibinə Ukraynanın Dnepropetrovsk vilayətində yerləşən Volnoqorsk Dağ-Metallurgiya Kombinatı və Jitomir vilayətində yerləşən İrşansk Dağ-Emalı Kombinatı daxildir.

“Birləşmiş Dağ-Mədən Kimya Şirkətinin alınması ilə beynəlxalq biznesimizi genişləndirmək strategiyamızı davam etdiririk. BDKŞ müxtəlif strateji sahələrdə çox böyük əhəmiyyətə malik olan dünyanın ən böyük titan xammalı istehsalçılarından biridir. Bu müqavilə bizim holdinqin beynəlxalq biznes arenada mövqeyini gücləndirəcək. Strateji investor olaraq şirkətin modernləşdirilməsinə və gələcək inkişafına töhfə verəcəyik,” - deyə NEQSOL Holding-in rəhbərliyi bildirib.

NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Estoniyada Rusiya vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsi təklif olunub
13:30
SOCAR Qarabağ və Şərqi Zəngəzurda görüləcək işləri açıqlayıb
13:25
Sabahın havası necə olacaq?
13:18
Ukrayna yalnız Avropa İttifaqının əvvəlcədən müəyyən edilmiş siyasi şərtlərini yerinə yetirdikdən pul alacaq
13:16
Yağıntılı hava məktəblərdə davamiyyətə təsir etməyib
13:11
Azərbaycan gömrükçüləri aksiz markasız siqaretlər aşkarlayıb
13:09
Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin keçirilməsi ilk oxunuşda təsdiqlənib
13:07
Siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət üçün yeni qaydanın müəyyənləşməsi təsdiqlənib
13:02
Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımanın həcmi artıb
12:52
Bakıda Neft Emalı Zavodunda yanğın
12:48
Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib
10:47
Milli Məclisin deputatları Özbəkistanda parlament seçkilərini müşahidə edəcəklər
10:45
Lənkərançayda suyun səviyyəsində artım qeydə alınıb
10:37
Hikmət Hacıyev: BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və ədalətli dünya nizamına töhfə verir
10:35
Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifədən azad edilib
10:30
AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq
10:22
“Gürcü Arzusu"nun təmsilçisi: Bizi sülh maraqlandırır, müxalif qüvvələrin təsirinə yol verməməliyik
10:21
Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96 %-də milli valyutalar istifadə olunur
10:17
Qərbi Azərbaycan Xronikası: “Ermənilər Çivə kəndindəki abidələri məhv etmişdilər”
10:13
BMT rəsmisi: Ermənistanın əsir götürdüyü itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirmişik
10:12