Azərbaycanın dövlət borcunun ÜDM-yə nisbətinin yuxarı həddən 8,8 faiz bəndi az olub
İQTİSADİYYAT
22:12
18.10.2024
Baxılıb: 119
Azərbaycanın dövlət borcunun ÜDM-yə nisbətinin yuxarı həddən 8,8 faiz bəndi az olub

Bu ilin I yarımilinin sonuna dövlət borcunun ÜDM-yə nisbəti 21,2 % təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Bu, büdcə qaydasının ortamüddətli dövr üzrə dövlət borcunun ÜDM-yə nisbət göstəricisinin hədəflənən yuxarı hədd göstəricisindən 8,8 faiz bəndi az olub. Bununla da strategiyada nəzərdə tutulan dövlət borcunun ÜDM-yə nisbətinin 30 %-lik yuxarı həddi gözlənilib.

2024-cü il iyulun 1-nə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 5 milyard 361,3 milyon ABŞ dolları təşkil edib, proqnozlaşdırılan ÜDM-in 7,5 %-inə, məcmu dövlət borcunun isə 35,5 %-inə bərabər olmuşdur.

Hesabat dövründə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 099,9 milyon ABŞ dolları və ya 17 % artıb. Daxili dövlət borcu 16 milyard 571,9 milyon manat təşkil edib, ÜDM-in isə 13,7 %-inə, məcmu dövlət borcunun isə 64,5 %-inə bərabər olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Estoniyada Rusiya vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsi təklif olunub
13:30
SOCAR Qarabağ və Şərqi Zəngəzurda görüləcək işləri açıqlayıb
13:25
Sabahın havası necə olacaq?
13:18
Ukrayna yalnız Avropa İttifaqının əvvəlcədən müəyyən edilmiş siyasi şərtlərini yerinə yetirdikdən pul alacaq
13:16
Yağıntılı hava məktəblərdə davamiyyətə təsir etməyib
13:11
Azərbaycan gömrükçüləri aksiz markasız siqaretlər aşkarlayıb
13:09
Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin keçirilməsi ilk oxunuşda təsdiqlənib
13:07
Siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət üçün yeni qaydanın müəyyənləşməsi təsdiqlənib
13:02
Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımanın həcmi artıb
12:52
Bakıda Neft Emalı Zavodunda yanğın
12:48
Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib
10:47
Milli Məclisin deputatları Özbəkistanda parlament seçkilərini müşahidə edəcəklər
10:45
Lənkərançayda suyun səviyyəsində artım qeydə alınıb
10:37
Hikmət Hacıyev: BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və ədalətli dünya nizamına töhfə verir
10:35
Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifədən azad edilib
10:30
AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq
10:22
“Gürcü Arzusu"nun təmsilçisi: Bizi sülh maraqlandırır, müxalif qüvvələrin təsirinə yol verməməliyik
10:21
Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96 %-də milli valyutalar istifadə olunur
10:17
Qərbi Azərbaycan Xronikası: “Ermənilər Çivə kəndindəki abidələri məhv etmişdilər”
10:13
BMT rəsmisi: Ermənistanın əsir götürdüyü itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirmişik
10:12