Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov paytaxt Afinada keçirilmiş Aqrobiznes Forumunda Yaşıl İqtisadiyyata Keçid mövzusunda panel müzakirələrində COP29-un yekunları barədə məlumatlandırıb.
Bu barədə Azərbaycanın Yunanıstandakı səfirliyinin
“Səfir Arif Məmmədov Afinada keçirilən Aqrobiznes Forumunda Yaşıl İqtisadiyyata Keçid mövzusunda panel müzakirələrində iştirak edib. Səfir auditoriyaya Azərbaycanın “yaşıl gündəliyi”, bərpa olunan enerji layihələri və COP29-un nəticələri barədə məlumat verib”, – məlumatda diqqətə çatdırılıb.
Xatırladaq ki, daha əvvəl diplomat Balkan və Qara dəniz Forumunun 4-cü Səfirlər görüşündə COP29 sədrliyinin prioritetləri və təşəbbüsləri haqqında danışmışdı.