Azərbaycanın mina problemi NATO-da müzakirə edilib
HƏRBİ XƏBƏRLƏR
15:56
26.09.2024
Baxılıb: 609
Azərbaycanın mina problemi NATO-da müzakirə edilib

Azərbaycanın mina problemi və onun aradan qaldırılması sahəsində NATO-nun maliyyə və texniki dəstəyi Alyansın Avro-Atlantika Tərəfdaşlıq Şurası iclasında müzakirə edilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) "Report"a verilən məlumata görə, ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurası (EAPC) formatında Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin Yüngül və Atıcı Silahlar və Mina Fəaliyyəti üzrə "Ad hoc" İşçi Qrupunun iclasında iştirak edib. İclasa NATO-nun üzv və tərəfdaş dövlətlərinin nümayəndələri, eləcə də Alyansın aidiyyəti strukturlarından nümayəndələr qatılıblar.

İclas zamanı Azərbaycanın üzləşdiyi mina problemi, problemin həlli istiqamətində görülmüş işlər, müxtəlif dövlət və beynəlxalq təşkilatların bu sahədə Azərbaycana dəstəyi, eləcə də təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu xüsusda Ağdam rayonunun Qərvənd kəndinin 400 hektar ərazisinin minalardan təmizlənməsinə dair Qərvənd Etimad Fondunun yaradılmasının tezləşdirilməsinin vacibliyi vurğulanıb.

İclasda ANAMA-nın nümayəndə heyəti Azərbaycanda mina təhlükəsinin miqyası, bu sahədə qarşıya çıxan çətinliklər və problemin aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə geniş təqdimatla çıxış edib. Təqdimatda, 2020-ci ilin noyabr ayından etibarən 379 azərbaycanlının mina partlamaları nəticəsində həlak olduğu və yaralandığı, minaların məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını və həmin ərazilərdə yenidənqurma və bərpa işlərinin aparılmasını ciddi şəkildə ləngitdiyi, eləcə də minaların humanitar, iqtisadi və ekoloji fəsadları ətraflı şəkildə izah olunub. Bundan əlavə, ANAMA-nın mina probleminin həllində istifadə etdiyi qabaqcıl texnologiyalar, xüsusilə də mexaniki minatəmizləmə vasitələri və sahədə tətbiq olunan yeni yanaşmalar haqqında məlumat verilib.

Eyni zamanda iclas çərçivəsində Azərbaycanın üzləşdiyi mina probleminin miqyasını və işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə prosesini əks etdirən fotosərgi təşkil edilib.

Səfər çərçivəsində ANAMA nümayəndə heyəti NATO Baş katibinin Əməliyyatlar üzrə köməkçisinin müavini B. San və NATO-nun Silahlara Nəzarət, Tərksilah və Kütləvi Qırğın Silahlarının Yayılmaması bölməsinin (ADN) direktoru E.Lemos-Maniati ilə ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı Alyansın mina probleminin həlli istiqamətində mövcud təcrübəsi və bu xüsusda NATO-nun ölkəmizə maliyyə və texniki dəstəyi müzakirə olunmuşdur.

Bununla yanaşı, ANAMA və NATO nümayəndə heyətinin NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) yerləşdiyi Lüksemburqa səfəri baş tutub. Səfər zamanı NATO ilə minatəmizləmə sahəsində təcrübə mübadiləsi, müasir texnologiyaların öyrənilməsi və yeni üsulların tətbiqi sahəsində müzakirələr aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Estoniyada Rusiya vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsi təklif olunub
13:30
SOCAR Qarabağ və Şərqi Zəngəzurda görüləcək işləri açıqlayıb
13:25
Sabahın havası necə olacaq?
13:18
Ukrayna yalnız Avropa İttifaqının əvvəlcədən müəyyən edilmiş siyasi şərtlərini yerinə yetirdikdən pul alacaq
13:16
Yağıntılı hava məktəblərdə davamiyyətə təsir etməyib
13:11
Azərbaycan gömrükçüləri aksiz markasız siqaretlər aşkarlayıb
13:09
Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin keçirilməsi ilk oxunuşda təsdiqlənib
13:07
Siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət üçün yeni qaydanın müəyyənləşməsi təsdiqlənib
13:02
Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımanın həcmi artıb
12:52
Bakıda Neft Emalı Zavodunda yanğın
12:48
Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib
10:47
Milli Məclisin deputatları Özbəkistanda parlament seçkilərini müşahidə edəcəklər
10:45
Lənkərançayda suyun səviyyəsində artım qeydə alınıb
10:37
Hikmət Hacıyev: BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və ədalətli dünya nizamına töhfə verir
10:35
Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifədən azad edilib
10:30
AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq
10:22
“Gürcü Arzusu"nun təmsilçisi: Bizi sülh maraqlandırır, müxalif qüvvələrin təsirinə yol verməməliyik
10:21
Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96 %-də milli valyutalar istifadə olunur
10:17
Qərbi Azərbaycan Xronikası: “Ermənilər Çivə kəndindəki abidələri məhv etmişdilər”
10:13
BMT rəsmisi: Ermənistanın əsir götürdüyü itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirmişik
10:12