Türkiyə Ukraynada rusiyalı məhbusların ziyarət edilməsi ilə bağlı hesabatı Rusiyaya göndərib
HƏRBİ XƏBƏRLƏR
08:14
10.10.2024
Baxılıb: 396
Türkiyə Ukraynada rusiyalı məhbusların ziyarət edilməsi ilə bağlı hesabatı Rusiyaya göndərib

Türkiyə Ukraynadakı əsir götürülmüş rusiyalıların ziyarət edilməsi ilə bağlı hesabatın bir hissəsini Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovaya göndərib, eyni zamanda Rusiyadan ukraynalı hərbi əsirlərin saxlandığı yerlərə analoji səfərin təşkil edilməsini istəyib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç Avrasiya Ombudsmanlar Alyansının IX iclasında bildirib.

“Türkiyənin Ombudsman İnstitutu olaraq, təbii ki, biz də Ukrayna ilə Rusiya arasında baş verənlər kontekstində, xüsusən qadınların, uşaqların və məhbusların hüquqlarının müdafiəsi istiqamətində müəyyən işlər görmüşük. Hərbi əsirlərə gəlincə, Ukrayna həbsxanalarında saxlanılan rusiyalı hərbi əsirlərə baş çəkdik. Səfərin nəticələrinə əsasən hesabat hazırlandı, sənədin bir hissəsi Rusiyanın insan hüquqları üzrə müvəkkilinə göndərilib”, - o deyib.

Malkoç həmçinin qeyd edib ki, Türkiyə ukraynalı hərbi əsirlərin Rusiyada hansı şəraitdə olduqlarını yoxlamaq üçün oxşar səfərin təşkili tələbi ilə Rusiyaya yazılı müraciət göndərib.

“Biz insan hüquqlarının pozulması hallarının müzakirəsinə çox vaxt ayırmağı və qarşıda duran işlərlə bağlı fikir mübadiləsi aparmağı planlaşdırırıq”, - o əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə arasında pensiya təminatı sahəsində yeni sənəd hazırlanır
17:03
Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verib
16:29
Əli Əhmədov: Özəl bağçalarda dövlət müəssisələri üçün nəzərdə tutulan meyarlar tətbiq olunmalıdır
16:22
Agentlik: Sənaye zonalarına investisiya qoyuluşu 7 milyard manata yaxınlaşıb
16:20
Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qaydalar
16:18
Elmlər doktoru olan şəxslərin prokurorluq orqanlarında daimi qulluğa qəbulu I oxunuşda təsdiqlənib
16:17
Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti ABŞ-yə işgüzar səfər edib
16:13
Valideynsiz şəxslərə hansı halda 6 min manat müavinət veriləcək?
16:07
Namazgah-Lahıc yolunda kiçikmiqyaslı uçqun qeydə alınıb
16:04
MM hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsini ilk oxunuşda təsdiqləyib
16:02
Əsgəranda yeni layihənin icrasına başlanılıb
15:58
FHN: Subasmaya məruz qalmış tuneldən cəsəd tapılması faktı araşdırılır
15:55
Estoniyada Rusiya vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsi təklif olunub
13:30
SOCAR Qarabağ və Şərqi Zəngəzurda görüləcək işləri açıqlayıb
13:25
Sabahın havası necə olacaq?
13:18
Ukrayna yalnız Avropa İttifaqının əvvəlcədən müəyyən edilmiş siyasi şərtlərini yerinə yetirdikdən pul alacaq
13:16
Yağıntılı hava məktəblərdə davamiyyətə təsir etməyib
13:11
Azərbaycan gömrükçüləri aksiz markasız siqaretlər aşkarlayıb
13:09
Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin keçirilməsi ilk oxunuşda təsdiqlənib
13:07
Siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət üçün yeni qaydanın müəyyənləşməsi təsdiqlənib
13:02