Türkiyə, Rumıniya, Bolqarıstan arasında hərbi mobillik dəhlizi yaradılacaq
HƏRBİ XƏBƏRLƏR
09:25
18.10.2024
Baxılıb: 15
Türkiyə, Rumıniya, Bolqarıstan arasında hərbi mobillik dəhlizi yaradılacaq

Rumıniyanın milli müdafiə naziri Anjel Tılver Brüsseldə NATO-ya üzv ölkələrin hərbi qurumlarının başçılarının görüşü zamanı Rumıniya, Bolqarıstan və Türkiyə arasında hərbi mobillik dəhlizinin yaradılması ilə bağlı niyyət məktubu imzalayıb.

"Report"un xəbərinə görə, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Getdikcə mürəkkəbləşən qlobal təhlükəsizlik vəziyyəti kontekstində silahlı qüvvələrin regionda effektiv yerləşdirilməsi üçün zəruri olan logistik proseslərin sadələşdirilməsi və uyğunlaşdırılmasına təcili ehtiyac müəyyən edilib”, - məlumatda vurğulanır.

“İmzalanmış niyyət məktubu üç ölkə arasında qoşunların, texnikanın və hərbi materialların sürətli və etibarlı çatdırılmasını təmin edəcək əsas təchizat marşrutlarının əlaqələndirilmiş şəbəkəsinin yaradılmasını nəzərdə tutur”, - nazirlikdən bildirilib.

“Hərbi mobillik NATO və Aİ arasında əməkdaşlığın flaqman layihəsi, eləcə də Qara dəniz regionunda etibarlı ehtiyatlılıq və müdafiə mövqeyinin əsas elementidir”, - Rumıniyanın milli müdafiə naziri deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
HƏMAS lideri Yəhya Sinvar necə öldürülüb?
09:51
Fransada daşqınlar səbəbindən minə yaxın insan təxliyə edilib
09:29
Aİ sammiti: Gürcüstanın quruma qəbul prosesi faktiki dayandırılıb
09:28
Bayden Netanyahunu HƏMAS rəhbərinin zərərsizləşdirilməsi münasibətilə təbrik edib
09:26
Türkiyə, Rumıniya, Bolqarıstan arasında hərbi mobillik dəhlizi yaradılacaq
09:25
Ukrayna PUA istehsalını 10 dəfə artırıb
09:21
Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək
09:20
Bayden Blinkeni İsrailə göndərəcək
09:18
Bundestaq Bundesverin İraqdakı missiyasının mandatını daha 15 ay uzadıb
09:15
Almaniya Ukraynaya AIM-9L raketləri verəcək
09:13
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
09:11
Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan işğalından azad edilməsinin ildönümüdür
09:09
Azərbaycanın şirkətlər qrupu "GL Group" Türkiyədə təbii qazın işlənməsi layihəsindən 25 % pay alıb
09:06
Gəncədə partlayışın olduğu binada dağıntı altından 4 nəfər sağ çıxarılıb, ölənlər var
09:04
“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb
08:58
Artemida III Ay missiyası üçün hazırlanmış yeni skafandrlar təqdim edildi
08:53
Ayın qaranlıq tərəfinin altında kəşf edilən sirli maqma strukturları
08:49
Məsuliyyətli Sosial Media İnfluencerləri Təlim Proqramı başlayır
08:46
Türkiyə 2026-cı ildə kosmos konfransına ev sahibliyi edəcək
00:00
Günəşdə nə baş verir?
00:00