Livanın “Hizbullah” təşkilatı İsrail ərazisinə növbəti zərbələr endirdiyini açıqlayıb.
TASS xəbər verir ki, bu barədə qruplaşmanın “Telegram” kanalında məlumat verilib.
İsrailin şimal-qərbində yerləşən Akko şəhərindəki hərbi-sənaye müəssisəsi PUA hücumuna məruz qalıb.
Bundan başqa, İsrailin Livanla sərhəddə yerləşən Kiryat-Şmona şəhərinə də bir neçə raket atılıb.