Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Numan Kurtulmuş fevralın 21-də Azərbaycana səfər edəcək.
O, fevralın 21-dən 24-dək Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasına qatılacaq.
Tədbirdə İran, Rusiya və digər ölkələrin parlamentlərinin nümayəndə heyətinin iştirakı gözlənilir.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və Asiya Parlament Assambleyasının yekun hesabatı qəbul olunacaq.
Azərbaycan 2024-2025-ci illər üzrə Asiya Parlament Assambleyasına sədrlik edəcək.