Gürcüstan DTX-i Avropa İttifaqı ilə gizli məlumatları mübadilə edəcək
SİYASƏT
13:35
09.03.2024
Baxılıb: 4871
Gürcüstan DTX-i Avropa İttifaqı ilə gizli məlumatları mübadilə edəcək

Gürcüstan və Avropa Ittifaqı polisi cinayətlə mübarizədə əməkdaşlığı gücləndirmək məqsədilə gizli məlumatların mübadiləsini nəzərdə tutan müqavilə bağlayıblar.

 

Sənədi Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili və Aİ polis xidmətinin icraçı direktoru Ketrin de Bolle imzalayıblar.

 

Qeyd etmək lazımdır ki, imzalanmış saziş 2017-ci ildə Gürcüstan və Europol arasında imzalanmış əməliyyat və strateji əməkdaşlıq haqqında çərçivə sazişinə əsaslanır və tərəflər arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunması üçün hüquqi baza yaratmaq məqsədi daşıyır.

Digər xəbərlər