İrakli Kobaxidze Ermənistanın səfirini qəbul edib
14:28
12.03.2024
Baxılıb: 4365
İrakli Kobaxidze Ermənistanın səfirini qəbul edib

Gürcüstanın baş naziri İrakli Kobaxidze 11 mart tarixində Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyanı qəbul edib.

 

Səfirliyin məlumatına görə, Kobaxidze və Smbatyan Ermənistan və Gürcüstan arasında imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi və onun çərçivəsində müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

 

Gürcüstanın baş nazirinin ofisindən verilən məlumata görə, tərəflər iqtisadi əlaqələr, ticarət, o cümlədən nəqliyyat, enerji, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq potensialından, regionda sülh və sabitliyin vacibliyindən danışıblar. 

 

Qeyd etmək lazımdır ki, Ermənistan və Gürcüstan arasında strateji tərəfdaşlıq bəyannaməsi bu il yanvarın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanda işgüzar səfərdə olarkən imzalanıb. 

Digər xəbərlər