İcma: Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik
SİYASƏT
14:31
02.10.2024
Baxılıb: 725
İcma: Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik

Biz Ermənistan parlamentinin spikeri Alen Simonyanın öz yurdlarından qovulmuş Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına geri qayıtmaq hüququ ilə bağlı Azərbaycan tərəfinin bəyanatlarını təhrif etməsini və irqçi fikirlər səsləndirməsini qətiyyətlə pisləyirik.

"Report" xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

“Azərbaycan tərəfinin çıxışında vurğulanan qayıdış hüququ beynəlxalq hüququn və fundamental insan haqlarının ayrılmaz hissəsidir və Simonyanın bu hüququ ərazi iddiası kimi yozması Ermənistanın özünün "insan hüquqları" arqumentindən istifadə edərək təcavüzkar siyasət aparması vərdişindən irəli gəlir.

Simonyanın azərbaycanlıları "öz tarixi yurdlarını axtarmaq" adı ilə Altay dağlarına göndərmək barədə ifadəsi isə Ermənistanın rəhbər dairələrində irqçilik və etnik müstəsnalıq ideologiyasının hakim olduğunu bir daha ortaya qoyur. Xatırlatmaq yerinə düşər ki, 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfi Azərbaycana qarşı müharibəyə başlayanda bu ölkənin ordusunun baş qərargah rəisi oxşar irqçi bəyanat verərək Ermənistanın hücumunun məqsədinin azərbaycanlıları Altay dağlarına göndərmək olduğunu bildirmişdi. Bunun Ermənistan üçün necə nəticələndiyi hamıya məlumdur.

Simonyanın çıxışı sülh prosesini pozmaq və Ermənistandan qovulmuş azərbaycanlıların geri dönmək hüququna xələl gətirmək cəhdidir. Qərbi Azərbaycan İcması olaraq, Ermənistandan bu cür irqçi ritorikalardan çəkinməyi və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik”, - deyə bəyanatda qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycanda hərracların təşkili ilə bağlı yenilənmiş platforma istifadəyə verilib
13:48
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binası zədələnib
13:45
Bakıda strateji əhəmiyyətli yük stansiyası əsaslı təmir edilib
13:44
Bakıda daha 20 nəfərə küçə sənəti ilə məşğul olmaq hüququ verilib
13:41
Araik Arutyunyan: İrəvan və Bakı arasında sülh sazişinin bütün bəndlərinin razılaşdırılması imkanı var
13:39
MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək
13:36
Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb
13:32
Qızılın qiyməti tarixdə ilk dəfə olaraq 1 unsiya üçün 2 800 dolları ötüb
13:30
Bakıda yeni park
13:28
Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
09:30
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
09:28
Kommunal işçilərin tətili Marselin küçələrində tullantıların yığılmasına səbəb olub
09:27
“Şençjou-19” təyin olunmuş orbitə çıxıb
09:24
ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
09:20
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
09:20
Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır
09:17
Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
09:16
Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib
09:14
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
09:12
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
09:10