Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanəıçbek Ömüralıyev Ankarada təşkilatın xarici işlər nazirlərinin müavinləri ilə görüşüb.
“Report” xəbər verir ki, o, bu barədə “X”də yazıb.
Bildirilib ki, çoxtərəfli siyasi məsləhətləşmələrin 2-ci raundunda təşkilatın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Həmçinin TDT-nin Bişkekdə keçiriləcək Zirvə toplantısına hazırlıq işləri barədə fikir mübadiləsi aparılıb.
“Biz birlikdə daha güclü türk dünyasını qurmaq üçün birliyimizi və öhdəliyimizi gücləndiririk”, - baş katib yazıb.