BTQ Beynəlxalq Frankofoniya Təşkilatını Fransanın törətdiyi cinayətlərə diqqət yetirməyə çağırıb
SİYASƏT
20:36
05.10.2024
Baxılıb: 683
BTQ Beynəlxalq Frankofoniya Təşkilatını Fransanın törətdiyi cinayətlərə diqqət yetirməyə çağırıb

Bakı Təşəbbüs Qrupu (BTQ) Beynəlxalq Frankofoniya Təşkilatını fransız əsarəti altında olan dənizaşırı ərazilərdə Fransa hökuməti tərəfindən törədilən cinayətlərə diqqət yetirməsinə çağırış edib.

BTQ-dən "Report"a daxil olan məlumatda qeyd olunub ki, Fransanın Villers-Cotterêts və Paris şəhərlərində davam edən Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində Fransanın birbaşa dəstəyi ilə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilib.

Bildirilib ki, mədəniyyət profilli qurum olan Beynəlxalq Frankofoniya Təşkilatının ona üzv olmayan suveren ölkə əleyhinə və ümumiyyətlə mandatından kənar mövzuya dair sənədlər qəbul etməsi bu təşkilatın nüfuzuna ciddi xələl gətirməklə yanaşı, onun Fransa tərəfindən digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini, siyasi alət rolunu oynadığını nümayiş etdirir.

Beynəlxalq hüquqa hörmət çərçivəsində dünyada dekolonizasiya prosesinin irəlilədilməsi və (neo) müstəmləkəçiliklə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatınə fransız əsarəti altında olan dənizaşırı ərazilərdə Fransa Hökuməti tərəfindən törədilən cinayətlərə diqqət yetirməsinə çağırış edib.

BTQ xatırladır ki, Kanaki-də (Yeni Kaledoniya) Kanak xalqının hüquq və azadlıqlarının Fransa Hökuməti tərəfindən kobud pozulmasına etiraz əlaməti olaraq keçirilən dinc etiraz aksiyalarına cavab olaraq, 10-dan artıq mülki şəxs Fransa təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, yüzlərlə adam həbs edilib. Aksiyaların 10-a yaxın iştirakçısı siyasi məhbus kimi Fransa metropoliyasının həbsxanalarında təzyiqlərə məruz qalırlar.

"Mao`hi Nui-də (Frans Polineziyasında Fransa hökuməti azadlıq və yerli adət-ənənələrin səsi olan “Tefana Radio”sunu hər vəchlə bağlanmasına çalışır. Fransa Korsika adasında dövlət müəssisələrində Korsika dilinin istifadəsi qadağan edir. Qeyri-qanuni ilhaq etdiyi Qəmərin Mayot adasında Fransa hökuməti Balladur vizasını tətbiq edir, Mayotun Qəmərin digər qardaş adaları ilə əlaqə saxalamasının qarşısını alır və bununla da, Mayot-un yerli xalqının öz mədəniyyətini, dilini və adət-ənənəsini unutmağa və Fransa mədəniyyətinin qaydaları ilə yaşamağa məcbur edir. Fransa hökuməti Fransız Qvianası, Martinik və Qvadelupada assimilyasiya siyasətini tətbiq edərək yerli dilləri ikinci plana atır və aborigen uşaqlara yerli tarixi, coğrafiyasını, mədəniyyətini nəzərə almayan Fransanın tədris sistemi üzrə təhsil almağa məcbur edir. Bu Fransanın dənizaşırı ərazilərində törətdiyi və bu gün də törətməyə davam etdiyi saysız-hesabsız cinayətlərinin kiçik siyahısıdır. Fransa keçmiş və indiki müstəmləklərində məqsədli şəkildə milli kimliyin məhv edilməsi siyasəti yürüdür və təssüf ki, böyük ölçüdə buna nail olub", - bəyanatda bildirilir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatına aşağıdakı çağırışları edir:

- Beynəlxalq Frankofoniya Təşkilatının baş katibi tərəfindən Fransa Hökumətinin bu cinayətlərini pisləyən bəyanatın verilməsi.

- Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə görüşü zamanı Fransanın törətdiyi cinayətlərlə əlaqədar xüsusi sessiyanın keçirilməsi.

- Fransanın əsarəti altında qalmağa davam edən ərazilərdə törədilən cinayətlərlə əlaqədar xüsusi araşdırma komissiyasının göndərilməsi. Komissiya tərəfindən tərtib ediləcək hesabatın BMT-nin dekolonizasiya üzrə xüsusi komitəsinə təqdim edilməsi. Bakı Təşəbbüs Qrupu ərazilərə göndəriləcək komissiyanın işin öz ekspert dəstəyini verməyə hazırdır.

- Fransa koloniyalarında dövlət orqanlarında, rəsmi yazışmalarda, məhkəmələrdə və s. ictimai yerlərdə fransız dilinin məcburi istifadəsindən imtinaya dair Fransa hökumətinə çağırış etməsi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycanda hərracların təşkili ilə bağlı yenilənmiş platforma istifadəyə verilib
13:48
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binası zədələnib
13:45
Bakıda strateji əhəmiyyətli yük stansiyası əsaslı təmir edilib
13:44
Bakıda daha 20 nəfərə küçə sənəti ilə məşğul olmaq hüququ verilib
13:41
Araik Arutyunyan: İrəvan və Bakı arasında sülh sazişinin bütün bəndlərinin razılaşdırılması imkanı var
13:39
MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək
13:36
Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb
13:32
Qızılın qiyməti tarixdə ilk dəfə olaraq 1 unsiya üçün 2 800 dolları ötüb
13:30
Bakıda yeni park
13:28
Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
09:30
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
09:28
Kommunal işçilərin tətili Marselin küçələrində tullantıların yığılmasına səbəb olub
09:27
“Şençjou-19” təyin olunmuş orbitə çıxıb
09:24
ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
09:20
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
09:20
Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır
09:17
Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
09:16
Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib
09:14
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
09:12
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
09:10