Diplomat: Britaniya XİN başçısının Azərbaycanın ərazilərini azad etdiyini söyləməsi həqiqətdir
SİYASƏT
08:26
07.10.2024
Baxılıb: 1323
Diplomat: Britaniya XİN başçısının Azərbaycanın ərazilərini azad etdiyini söyləməsi həqiqətdir

COP29 öncəsi Azərbaycana qarşı səsləndirilən əsassız iddialara cavab olaraq Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun nüfuzlu "The Telegraph" qəzetində geniş məqaləsi dərc olunub.

“Report”un xəbərinə görə, məqalədə qeyd olunub ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilk dəfə olaraq regionumuzda iqlim fəaliyyəti ilə əlaqədar belə mötəbər tədbirin keçirilməsi deməkdir.

Bəziləri COP-a icraatdan daha çox müzakirə platforması kimi yanaşsa da, Azərbaycan iqlim maliyyəsi, karbon bazarları, kiçik ada dövlətləri ilə bağlı məsələlərin həlli və ümumilikdə bəşəriyyətin gələcəyi naminə praktiki mexanizmlərin yaradılmasına nail olmaqda israrlıdır.

COP29 çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüslərdən biri də Olimpiya Oyunlarında olduğu kimi Qlobal Sülh təşəbbüsüdür. Bu qlobal çağırış həmçinin regionda yaranmış mövcud reallığı əks etdirir. Belə ki, 30 illik münaqişədən sonra Azərbaycan və Ermənistan arasında aparılan konstruktiv danışıqların nəticəsində Azərbaycanın COP29-a ev sahibliyi etməsi mümkün olub.

Həm Azərbaycan, həm Ermənistan hər zaman olduğundan sülhə daha yaxın olduqlarını etiraf edib. İki ölkə arasında sərhədlərin müəyyən hissəsinin artıq demarkasiyası faktiki olaraq sülhün müjdəsidir. Bütün bunlar ona görə mümkün olub ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa edib.

“Azərbaycanı tənqid edənlərə xatırlatmaq lazımdır ki, torpaqlarımızı otuz il işğal altında saxlayan və azərbaycanlılara qarşı etnik təmizləmə törədən məhz Ermənistan olub və bu fakt beynəlxalq sənədlərlə də təsdiqini tapıb.

Britaniya xarici işlər naziri Deyvid Ləminin Azərbaycan ərazilərini işğaldan azad edib söyləməsi ətrafında mediada ajiotaj yaradılsa da bu həqiqətdir ki, Azərbaycan öz torpaqlarını xarici istiladan azad edib. Bu sadə və doğru faktı səsləndirdiyinə görə Deyvid Ləmini tənqid edənlərin aydındır ki, başqa maraqları var”, - diplomat bildirib.

Otuz illik işğalın, məcburi köçkünlüyün, müharibənin dərin yaralarına rəğmən beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq məhz Azərbaycan tərəfi Ermənistana sülh əlini uzadıb. Ancaq sülh istiqamətində nəzərəçarpan irəliləyişlər olsa da, sülhə nail olmaq yolunda danışıqları uzatmaq Ermənistan tərəfinin hər zamankı strategiyasıdır.

Ermənistan rəsmi olaraq müstəqilliyini elan etsə də heç zaman tam suverenliyə nail ola bilməyib. Qonşu ölkənin torpaqlarını işğal edən Ermənistan iqtisadi və hərbi baxımdan xaricdən asılılığa məhkum olub. Azərbaycanın torpaqlarını işğaldan azad etməsilə Ermənistan üçün müstəqil olma imkanı yaranıb, bunu baş nazir Nikol Paşinyan da çoxsaylı çıxışlarında etiraf edib. Yeni yaranmış bu reallıqda Ermənistan keçmişdəki səhflərini düzəltməli və region ölkələri ilə əməkdaşlıq etməlidir.

Ermənistan tərəfi onlar üçün sözlərin vacibliyini vurğulayır. Ancaq onlar unudur ki, ölkənin ali qanunvericilik aktı olan konstitusiyada əksini tapan sözdən üstün nə ola bilər? Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası əks olunub. Bir tərəfdən Ermənistan rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən bu bəyanat ölkənin konstitusiyası ilə ziddiyyət təşkil edir.

“Bəziləri deyə bilər ki, sülh müqaviləsinin bəndində bu məsələyə toxunulacaq, lakin Ermənistan hökumətinin özünün dediyi kimi, heç bir xarici müqavilə konstitusiyadan üstün deyil. Bunun bariz nümunəsi kimi Ermənistan və Türkiyə arasında imzalanmış və Qərb ölkələri tərəfindən dəstəklənmiş Sürix protokolunun daha sonra Ermənistan konstitusiya məhkəməsi tərəfindən rədd edildiyini göstərə bilərik.

Beləliklə, Ermənistan tərəfi xarici publikaya oynamaq əvəzinə uzunmüddətli və davamlı sülh yolunda real maneələri aradan qaldırmağa diqqət etsə daha faydalı olar deyə səfir məqaləsində bildirib”, - diplomat qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51