Azərbaycandan xarici maliyyə kəşfiyyatı orqanlarına göndərilən məlumatların sayı 3 dəfədən çox artıb
SİYASƏT
18:14
21.10.2024
Baxılıb: 41
Azərbaycandan xarici maliyyə kəşfiyyatı orqanlarına göndərilən məlumatların sayı 3 dəfədən çox artıb

2023-cü ildə Maliyyə Monitorinqi Xidməti (MMX) 64 ölkənin xarici maliyyə kəşfiyyatı orqanlarına 126 məlumat göndərib.

“Report” bu barədə MMX-ya istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 2 dəfə və 3,4 dəfə çoxdur.

Göndərilmiş məlumatların 48,4 %-i Türkiyə, Rusiya, ABŞ, Ukrayna, BƏƏ, İsveçrə, Gürcüstan, Belarus, Litva, İtaliya, Böyak Britaniya və Kiprin payına, 51,6 %-i isə 52 digər ölkənin payına düşüb.

Bundan başda, 2023-cü ildə Xidmətə 25 xarici ölkənin maliyyə kəşfiyyatı orqanından 57 məlumat daxil olub ki, bu da 2022-ci ilə nisbətən müvafiq olaraq 13,8 % və 6,6 % azdır. Daxil olmuş məlumatların 24,6 %-i Rusiyanın, 12,3 %-i Türkmənistanın, 10,5 %-i Latviyanın, 7 %-i Almaniyanın, 5,3 %-i Ukraynanın, 3,5 %-i İtaliya, Çexiya və Maltanın, 1,8 %-i isə müvafiq olaraq Hindistan, Estoniya, Lixtenşteyn, Türkiyə, Norveç, Niderland, Man adası, Seyşellər, BƏƏ, Bəhreyn, Polşa, İsrail, Belarus, Vanuatu, Kipr, Filippinlər və Macarıstanın, 36,8 %-i isə digər ölkələrin payına düşüb.

Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi  cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Estoniyada Rusiya vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsi təklif olunub
13:30
SOCAR Qarabağ və Şərqi Zəngəzurda görüləcək işləri açıqlayıb
13:25
Sabahın havası necə olacaq?
13:18
Ukrayna yalnız Avropa İttifaqının əvvəlcədən müəyyən edilmiş siyasi şərtlərini yerinə yetirdikdən pul alacaq
13:16
Yağıntılı hava məktəblərdə davamiyyətə təsir etməyib
13:11
Azərbaycan gömrükçüləri aksiz markasız siqaretlər aşkarlayıb
13:09
Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin keçirilməsi ilk oxunuşda təsdiqlənib
13:07
Siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət üçün yeni qaydanın müəyyənləşməsi təsdiqlənib
13:02
Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımanın həcmi artıb
12:52
Bakıda Neft Emalı Zavodunda yanğın
12:48
Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib
10:47
Milli Məclisin deputatları Özbəkistanda parlament seçkilərini müşahidə edəcəklər
10:45
Lənkərançayda suyun səviyyəsində artım qeydə alınıb
10:37
Hikmət Hacıyev: BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və ədalətli dünya nizamına töhfə verir
10:35
Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifədən azad edilib
10:30
AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq
10:22
“Gürcü Arzusu"nun təmsilçisi: Bizi sülh maraqlandırır, müxalif qüvvələrin təsirinə yol verməməliyik
10:21
Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96 %-də milli valyutalar istifadə olunur
10:17
Qərbi Azərbaycan Xronikası: “Ermənilər Çivə kəndindəki abidələri məhv etmişdilər”
10:13
BMT rəsmisi: Ermənistanın əsir götürdüyü itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirmişik
10:12