Xəbər verildiyi kimi, avqustun 21-də Sumqayıt şəhəri ərazisində 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın qəsdən öldürülməsi, azyaşlı oğluna isə xəsarət yetirilməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla yetkinlik yaşına çatmayan Ə.Zülfüqarlının avqustun 20-si tarixində Sumqayıt şəhəri, Corat qəsəbəsi, H.Arif küçəsində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı anası Günay Zülfüqarovaya bıçaqla xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsi, azyaşlı qardaşına isə həmin bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 (xüsusi amansızlıqla qəsdən adam öldürmə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.