Qarabağ Universitetində vakansiya var
REGİONAL MƏTBUAT
16:46
09.04.2024
Baxılıb: 2081
Qarabağ Universitetində vakansiya var

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri nəzərə alınaraq regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Qarabağ Universiteti yaradılıb.

 

Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qarabağ Universitetinin Nizamnaməsi”nə əsasən, ali təhsilin bütün səviyyələri üzrə genişprofilli mütəxəssis və yüksəkixtisaslı elmi kadrların hazırlanması, eləcə də orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi, elmin müxtəlif sahələri ilə bağlı tədqiqatların aparılması universitetin fəaliyyət istiqamətlərinə daxil edilib.

 

Qarabağ Universiteti fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, eləcə də təhsilalanların yüksəksəviyyəli bilik və bacarıqlarla təmin edilməsi məqsədilə yüksəkixtisaslı peşəkar kadrlar üçün vakansiya elan edir.

 

Vəzifə: ingilis dili müəllimi

 

İşin təsviri: • təhsil proqramları, sillabuslar, dərs planları, tədris materialları, qiymətləndirmə alətlərinin hazırlanması və (ya) təkmilləşdirilməsi prosesində iştirak;

• müvafiq təhsil proqramlarına uyğun tədris fəaliyyətlərinin planlaşdırılması, hazırlanması və icrası; • müvafiq təlim nəticələrinə nail olmaq üçün müasir tədris metodologiyaları və texnologiyalarından istifadə edilməsi;

• tələbələrin nailiyyət və inkişafının qiymətləndirilməsi, konstruktiv rəyin verilməsi və onların fərdi tədris ehtiyaclarını qarşılamaq məqsədilə metodların uyğunlaşdırılması;

• müvafiq sahə üzrə ən yaxşı təcrübələri izləmək üçün peşəkar inkişaf imkanlarından istifadə; • tələbələrin iştirakçılığını təşviq edən və onların akademik, xarici dil bacarıqlarının inkişafını dəstəkləyən müsbət, inklüziv öyrənmə mühitinin təşkili;

• mərkəzin digər fəaliyyətlərinin təşkilinə dəstəyin verilməsi.

 

Tələblər:

• müvafiq sahə üzrə minimum magistr ali elmi-ixtisas dərəcəsi (elmi dərəcə və (və ya) elmi ad üstünlükdür);

• ingilis dilinin tədrisi üzrə minimum 5 il pedaqoji təcrübə;

• dil proqramlarının hazırlanması və tədrisi üçün nəzərdə tutulan resursların formalaşdırılması ilə bağlı təcrübə üstünlükdür;

• ən azı C1 səviyyəsində ingilis dili biliyi (digər xarici dil biliklərinin olması üstünlükdür);

• dil tədrisi üzrə sertifikatlardan (CELTA, TEFL, TESOL və s.) birinə malik olması üstünlükdür; • innovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;

• tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;

• yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;

• tədqiqatçılıq bacarığı;

• davamlı peşəkar inkişafa maraq.

 

Tələb olunan sənədlər:

• tərcümeyi-hal;

• ali təhsili təsdiq edən sənədlərin surəti;

• dil səviyyəsini və dil tədrisini təsdiq edən beynəlxalq sertifikatlar (əgər varsa);

• dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);

• Azərbaycan dilində müşayiətedici məktub (motivasiya – maksimum 500 söz);

• tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).

 

İş qrafiki: Həftəlik 40 saatı əhatə edən tam ştat vəzifədir. Müəllimlərə həftəlik təxminən 24-28 saat auditoriya saatı veriləcək, qalan iş vaxtında isə tədrislə bağlı hazırlıq və digər təyin edilən fəaliyyətlərlə məşğul olmaları gözlənilir.

 

Qeyd: Universitetdə daimi əsaslarla çalışan əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar. Rəqabətli əməkhaqqı təklif olunur.

 

Müraciət üçün son tarix: 15 aprel 2024-cü il Müraciət üçün qeyd edilən tarixədək lazımi sənədləri [email protected] elektron poçt ünvanına başlıqda “İngilis dili müəllimi” yazmaqla göndərməyiniz xahiş olunur. 

Digər xəbərlər