Finlandiyanın ictimai-siyasi xadimlərindən ibarət nümayəndə heyəti Şuşa və Laçında olublar.
REGİONAL MƏTBUAT
19:59
23.08.2024
Baxılıb: 1312
Finlandiyanın ictimai-siyasi xadimlərindən ibarət nümayəndə heyəti Şuşa və Laçında olublar.

Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə ölkəmizə gələn Finlandiyanın ictimai-siyasi xadimlərindən ibarət nümayəndə heyəti Şuşa və Laçında olublar.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, səfərdə Finlandiya parlamentinin üzvü Mikko Polvinen, Aleksanteri İnstitutunda Finlandiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktoru Markku Kansqapuro, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış jurnalist, “Hymy” jurnalının redaktor müavini, Deputatlar Qrupunun keçmiş sədri (2021), Vantaa-Kereva şəhər dairəsi sovetinin sabiq üzvü (2022), Vanta-Kereva regional hökumətinin sabiq üzvü Antero Eerola, Finlandiyanın sabiq müdafiə naziri, “J-E Enestam AB” konsaltinq şirkətinin idarə heyətinin sədri Jan Erik Enestam, Qərbi Avropa İttifaqının Parlament Assambleyasında Finlandiya nümayəndə heyətinin rəhbərinin sabiq müavini Jaako Laakso və Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova iştirak edib.

 

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyində olub. Burada Şuşa şəhərinin tarixi, “Güllələnmiş heykəllər”, Cıdır düzü, Şuşada Azərbaycan tarixi abidələrinə qarşı erməni vandalizmi haqqında qonaqlara ətraflı məlumat verilib, görülən işlər diqqətə çatdırılıb.

 

Daha sonra qonaqlar Cıdır düzünü və Şuşa qalasını ziyarət ediblər. Şuşada aparılan sürətli bərpa və yenidənqurma işləri ilə tanış olub və görülən işləri yüksək qiymətləndiriblər. İşğal dövründə ermənilər tərəfindən Şuşada mədəniyyət abidələrinə, məscidlərə qarşı törədilmiş vandalizm aktlarını pisləyiblər.

 

Finlandiya nümayəndə heyəti daha sonra Laçına yola düşüb.

 

Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyində olan qonaqlara Laçına yeni köçənlər üçün yaradılan şərait, iş yerləri və onların sosial təminatı, rayonda aparılan yenidənqurma, təmir-bərpa işləri, gələcək plan və layihələr, həmçinin Sus və Zabux kəndləri haqqında ətraflı məlumat verilib.

 

Nümayəndə heyəti Laçında ilk bərpa olunan 22 evdən birini ziyarət edib, burada yaşayan ailələrlə görüşüb, onlardan müsahibə alıblar. Ev sahibləri müsahibələrində 30 il sonra öz doğma yurda qayıtmağın sevincini ifadə edib, burada sakinlərin rahat yaşaması üçün hər bir şəraitin yüksək səviyyədə qurulduğunu vurğulayıblar. Bu sevinci onlara yaşatdıqları üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan ordusuna təşəkkürlərini bildiriblər. Qonaqlar oradan xoş təəssüratlarla ayrılıblar.

 

Daha sonra Laçın rayonunda “Həkəri Balıq Təsərrüfatı”nı ziyarət edib, rayonun Zabux və Sus kəndlərində olublar. Burada qonaqları mehriban və gülərüz qarşılayan yerli sakinlər onları evlərinə dəvət edib, dövlətin yaratdığı gözəl şəraitlə yaxından tanış ediblər. Azərbaycan təbiətinin gözəlliyi və yerli sakinlərin qonaqpərvərliyi nümayəndə heyətində xoş təəssüratlar oyadıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Tokayev: Orta Dəhliz Avropaya ən qısa və ən etibarlı marşrutdur
20:29
Kursk yaxınlığında iki sərhəd bölgəsinin sakinləri təxliyə edilir
20:07
Pakistan rəsmisi: "Azərbaycanla imzalanmış yeni ticarət sazişi tərəfdaşlığın inkişafına təkan verəcək"
17:59
Kaluqa vilayətinin qubernatoru Bakıda əməkdaşlıq məsələlərini müzakirə edir
17:57
Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı artırılıb
17:56
Azərbaycan “Dubai Port World” ilə tranzit daşımaları əməkdaşlığını müzakirə edib
17:54
BRICS XİN başçıları sentyabrın sonunda Nyu-Yorkda danışıqlar aparacaqlar
17:51
Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq
17:50
Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır
17:48
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
17:42
Qazaxıstan və Almaniya arasında Birgə Bəyannamə imzalanıb
17:40
Azərbaycan Efiopiyaya un məmulatları ixrac edəcək
17:38
Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib
17:37
İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi məsələsini öyrənirik
17:34
Azərbaycan Vyana Ticarət Palatasının turizm tədbirində təmsil olunub
17:30
Azərbaycan bir sıra ölkələrlə aqrar sahədə elmi əməkdaşlığı müzakirə edib
17:28
“AzərEnerji” “Yaşıl enerji”yə dair kompleks tədbirlərin icrasına başlayıb
17:27
Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ açılıb
17:07
Azərbaycan qazının Avropa və Türkiyəyə ixracı ilə bağlı bu il üçün proqnozlar açıqlanıb
17:03
Dövlət Xidməti: Kiberhücumların sayında kəskin artım müşahidə olunur
17:01