Alimlər siçan dərisini şəffaf ediblər: Onu insan dərisinə də tətbiq etmək olarmı?
REGİONAL MƏTBUAT
09:15
06.09.2024
Baxılıb: 1059
Alimlər siçan dərisini şəffaf ediblər: Onu insan dərisinə də tətbiq etmək olarmı?

Stenford Universitetinin alimləri elmi fantastika filminə bənzəyən təcrübə ilə canlı siçanların bəzi toxumalarını şəffaf hala gətirə biliblər. Bu inkişaf insanlara tətbiq oluna bilsə, qan toplama və xəstəliklərin diaqnozunda yeni bir dövrün qapısını aça bilər.

 

Tədqiqatçılar ümid edirlər ki, bu texnologiya gələcəkdə canlı orqanizmin funksional olduğu halda onun daxili quruluşunu daha aydın müşahidə etməyə imkan verə bilər.

 

Stanford Universitetinin alimi Guosong Hong, "Bu texnologiya damarları daha aydın görməklə qan toplamanı asanlaşdıra bilər, lazer döyməsinin silinməsini asanlaşdıra bilər və ya xərçəngin erkən diaqnozu və müalicəsinə kömək edə bilər" dedi.

 

Tədqiqatda istifadə edilən üsul müxtəlif qırılma göstəricilərinə malik olan toxumaların bölgələrində işığın müəyyən dalğa uzunluğunda səpilməsinin qarşısının alınmasına əsaslanır.

 

Normalda toxuma və ətrafdakı mayelər müxtəlif sındırma göstəricilərinə malik olduqları üçün işığı səpirlər və şəffaflıq itir. Bununla belə, qırılma göstəriciləri bərabərləşdirilərsə, işıq dərin toxumalardan əks oluna bilər və beləliklə daha aydın bir görüntü əldə edilə bilər.

 

Ucuz və təsirli bir üsul ola bilər

Bu üsulu həyata keçirmək üçün tədqiqatçılar tartrazin adlı qida boyasından istifadə etdilər. İşığın müəyyən dalğa uzunluqlarını udmaqla tartrazin ətrafdakı mayenin sındırma göstəricisini dəyişdi və işığın səpilməsini əhəmiyyətli dərəcədə azaldıb. "Bu boya biouyğundur, yəni canlı orqanizmlər üçün təhlükəsizdir" dedi Ou. Həm də çox ucuz və effektivdir; "Onun işləməsi üçün sadəcə çox az miqdarda istifadə etməliyik" dedi.

 

Siçanların dərisinə tartrazin boyası vurulduqda qan damarlarında, orqanlarda və hətta həzm sistemində əzələ hərəkətləri müşahidə oluna bilirdi.

 

Boyanın tətbiqindən bir neçə dəqiqə sonra dəri şəffaf olur və prosedurdan sonra yenidən yuyulur. Bədənin daha dərin hissələrinə nüfuz edən boya sidiklə xaric olur.

 

İnsan dərisinin siçan dərisindən 10 dəfə qalın olduğunu nəzərə alsaq, bu üsulun insanlarda da işləyəcəyi bəlli deyil. Tədqiqatçılar bu məsələni daha da araşdırmağı planlaşdırırlar.

 

Bu araşdırma Science jurnalında dərc olunub

Digər xəbərlər
SON XƏBƏRLƏR
Tokayev: Orta Dəhliz Avropaya ən qısa və ən etibarlı marşrutdur
20:29
Kursk yaxınlığında iki sərhəd bölgəsinin sakinləri təxliyə edilir
20:07
Pakistan rəsmisi: "Azərbaycanla imzalanmış yeni ticarət sazişi tərəfdaşlığın inkişafına təkan verəcək"
17:59
Kaluqa vilayətinin qubernatoru Bakıda əməkdaşlıq məsələlərini müzakirə edir
17:57
Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı artırılıb
17:56
Azərbaycan “Dubai Port World” ilə tranzit daşımaları əməkdaşlığını müzakirə edib
17:54
BRICS XİN başçıları sentyabrın sonunda Nyu-Yorkda danışıqlar aparacaqlar
17:51
Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq
17:50
Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır
17:48
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
17:42
Qazaxıstan və Almaniya arasında Birgə Bəyannamə imzalanıb
17:40
Azərbaycan Efiopiyaya un məmulatları ixrac edəcək
17:38
Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib
17:37
İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi məsələsini öyrənirik
17:34
Azərbaycan Vyana Ticarət Palatasının turizm tədbirində təmsil olunub
17:30
Azərbaycan bir sıra ölkələrlə aqrar sahədə elmi əməkdaşlığı müzakirə edib
17:28
“AzərEnerji” “Yaşıl enerji”yə dair kompleks tədbirlərin icrasına başlayıb
17:27
Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ açılıb
17:07
Azərbaycan qazının Avropa və Türkiyəyə ixracı ilə bağlı bu il üçün proqnozlar açıqlanıb
17:03
Dövlət Xidməti: Kiberhücumların sayında kəskin artım müşahidə olunur
17:01