İsveç sakini öz bağçasında qədim medalyon tapıb
REGİONAL MƏTBUAT
10:55
18.09.2024
Baxılıb: 534
İsveç sakini öz bağçasında qədim medalyon tapıb

İsveçin Mariefred sakini Mattias Birqestam Qripsholm qəsri yaxınlığında yerləşən evinin yaxınlığındakı istixananın bünövrəsinin altında xəndək qazarkən XVII əsrə aid holland medalyonu aşkar edib.

AZƏRTAC xəbər verir ki, İsveçin Dövlət Mədəniyyət Abidələrinin Mühafizəsi İdarəsinin mütəxəssislərinin bəyanatına görə, medalyonun bir tərəfində Müqəddəs Qoranın əjdahanı öldürməsi əfsanəsinin fraqmenti, digər tərəfində isə Amsterdamın şimalında yerləşən Niderlandın Horn şəhərinin adı həkk olunub.

Tapıntının təhvil verildiyi Sörmland Muzeyi medalyonu öz kolleksiyasına daxil edəcək.

Muzeyin şöbə müdiri Piter Ostriç deyir: “Bu, çox maraqlı tapıntıdır. Horn və Mariefred arasındakı əlaqə sirr olaraq qalır. Belə bir sual meydana çıxır; bu medalyonu yerli sakin səyahətdən gətirib, yoxsa hollandiyalı özü buraya gəlib?”.

İsveç qanunlarına görə, 1850-ci ilə qədər olan əşyalar arxeoloji ərazilərdən kənarda tapılarsa, onu aşkar edən şəxsə aiddir. Amma tarixi dəyəri olan artefaktı dövlət qurumlarına təhvil verməklə mükafat ala bilərsiniz. İl ərzində Mədəniyyət Abidələrinin Mühafizəsi İdarəsi 20-yə yaxın İsveç vətəndaşını mükafatlandırıb.

Maraqlıdır ki, son illərdə Alinqsos meşələrində Tunc dövrünə aid 96 obyektin aşkarlanması üçün ən böyük məbləğdə - 5 min dollardan çox vəsait ödənilib.

 
 
Digər xəbərlər
SON XƏBƏRLƏR
Startaplara 12 milyard avro dəstək vəd edir
17:01
Metroda doğulan körpə üçün ömürlük pulsuz abunə
16:55
SVP: İmmiqrantlardan hərbidən azad vergisi alınmalıdır
16:52
Büdcə planları narahatlıq yaradır
16:47
Intelə dövlət dəstəyi ilə bağlı müzakirələr davam edir
16:44
Berlində qəsdən yandırmada şübhələnir
16:40
Tibb bacıları tərk edilmiş xəstəxanada yaşamağa məcbur edildi
16:25
Norveçdə benzinlə işləyən avtomobillərdən daha çox elektrik avtomobilləri var
11:46
ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk dəfə əsas faiz dərəcəsini aşağı salıb
11:43
Macarıstan Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:38
Hollandiya Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:36
NATO-nun iki qərargahı Finlandiyada yerləşəcək
11:29
Bir il ərzində Rusiyanı 2 milyondan çox miqrant tərk edib
11:25
BMT Baş Assambleyası İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb
11:22
Hər il 1 trilyon ABŞ dollarından çox ziyan
11:09
KİV: İsrail partlayıcı maddələrlə təchiz olunan peycer istehsal edən saxta şirkət yaradıb
11:07
İlon Mask ABŞ-ni senzurada ittiham edib
11:06
Foto və daktiloskopik barmaq izinin identifikasiyası proseduruna başlanılacaq
11:04
Polkovnik: Azərbaycan Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi
11:02
Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması müzakirə ediləcək
11:02