Polşa Yaxın Şərqdəki eskalasiya səbəbindən miqrant dalğasından ehtiyat edir
REGİONAL MƏTBUAT
14:38
02.10.2024
Baxılıb: 247
Polşa Yaxın Şərqdəki eskalasiya səbəbindən miqrant dalğasından ehtiyat edir

Polşa hakimiyyəti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Belarusla sərhəddə qanunsuz miqrantların sayının artacağını gözləyir.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.

“Bəli, bunun sərhəddə təzyiqi artırması ehtimalı var, biz buna hazırıq”, - PAP agentliyi nazirin sözlərindən sitat gətirib.

O, jurnalistlərdən birinin Yaxın Şərqdə baş verənlərlə bağlı Polşanı miqrasiya dalğası ilə təhdid edib-etmədiyi sualına belə cavab verib. Siyasətçi əlavə edib ki, onun rəhbərlk etdiyi idarə vəziyyətin inkişafını diqqətlə izləyir.

Digər xəbərlər