Azərbaycanın qarabaşaq üzrə xaricdən asılılığına son qoyacaq addım açıqlanıb
REGİONAL MƏTBUAT
16:32
28.10.2024
Baxılıb: 1335
Azərbaycanın qarabaşaq üzrə xaricdən asılılığına son qoyacaq addım açıqlanıb

Azərbaycanda qarabaşağa olan tələbatı daxili imkanlar hesabına ödəmək üçün Azərbaycana 5-6 min hektar torpaq yetərlidir.

Bunu "Report"a müsahibəsində xarici ölkələrdə innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqi üzrə məsləhət xidmətləri göstərən beynəlxalq ekspert, İqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədov bildirib.

“Azərbaycan bu kənd təsərrüfatı məhsulunu əsasən Rusiyadan alır. 2023-cü ildə bu ölkədən 13 min 629 ton qarabaşaq idxal edib ki, bu da ümumi qarabaşaq idxalının 99,7 %-ni təşkil edir. Ötən on ildə qarabaşaq idxalı dörd dəfədən çox artıb və ölkə bu müddətdə idxal üçün 30,8 milyon ABŞ dolları və ya 52,4 milyon manat xərcləyib.

Hesablamalara görə, qarabaşaq tələbatını daxili istehsal hesabına tam təmin etmək üçün təxminən 5-6 min hektar torpaq sahəsi kifayət edərdi. Azərbaycanda kənd təsərrüfatına yararlı 4,8 milyon hektar torpaq sahəsinin olduğunu nəzərə alsaq, bu məqsədə çatmaq əlçatan görünür", - ekspert bildirib.

X. Məmmədov hesab edir ki, ölkədə aqronomiya sahəsində kifayət qədər təcrübəli mütəxəssislərin olması və qarabaşağın yetişdirilməsi üzrə bilik bazası da bu istiqamətdə yerli istehsalın inkişafını mümkün edir.

Onun sözlərinə görə, ümumilikdə Azərbaycan, təxminən 13 adda qida məhsulunun tələbatını yerli istehsal hesabına ödəyə bilər: “Bunun üçün həmin məhsulların idxalına sərf olunan vəsaitin təxminən 35-40 %-i kifayət edər. Bu addımlar bir tərəfdən ölkədə yüz milyonlarla ABŞ dollarının qalmasını, digər tərəfdən isə ölkəyə davamlı valyuta axınını təmin edər. Daxili tələbat tam qarşılandıqdan sonra artıqlığın ixracı da mümkün olar ki, bu da iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51