Türk Dövlətləri Təşkilatının nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında olub
CƏMİYYƏT
20:27
29.08.2024
Baxılıb: 1212
Türk Dövlətləri Təşkilatının nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında olub

Avqustun 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömer Kocamanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, sədr M.Pənahov görüşdən və Türk Dövlətləri Təşkilatının qarşıdan gələn seçkilərdə müşahidəçilik missiyası həyata keçirməsindən məmnunluğunu ifadə edib. O, Milli Məclisə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcəyini, bütün seçki iştirakçılarına hərtərəfli şərait və geniş imkanlar təmin olunduğunu bildirib. MSK sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi xüsusi diqqət mərkəzində saxlanılıb, həmin ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömer Kocaman Milli Məclisə seçkilərin müşahidəsində iştirak etməkdən şad olduqlarını deyib və prosesləri fəal şəkildə müşahidə aparacaqlarını vurğulayıb. Beynəlxalq müşahidəçilər, həmçinin Milli Məclisə seçkilərə hazırlıq istiqamətində görülmüş işlərlə maraqlanıblar.

MSK sədri seçkilərin geniş aşkarlıq mühitində azad və ədalətli keçirilməsi məqsədilə gerçəkləşdirilən irimiqyaslı layihələr barədə məlumat verib. M.Pənahov bildirib ki, Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. O, eyni zamanda, diqqətə çatdırıb ki, seçkilərin müşahidəsinə 600-dən artıq beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb. Komissiya sədri ölkədəki siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının seçkilərin müşahidəsində xüsusilə fəallıq göstərdiyini, çoxsaylı müşahidəçiləri ilə prosesin müşahidəsinə qatıldıqlarını vurğulayıb.

Nümayəndə heyətinin üzvləri qarşıdan gələn seçkilərdə MSK-ya müvəffəqiyyətlər arzulayıb, seçkilərin xalqımız üçün xeyirli və uğurlu olmasını diləyiblər.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Tokayev: Orta Dəhliz Avropaya ən qısa və ən etibarlı marşrutdur
20:29
Kursk yaxınlığında iki sərhəd bölgəsinin sakinləri təxliyə edilir
20:07
Pakistan rəsmisi: "Azərbaycanla imzalanmış yeni ticarət sazişi tərəfdaşlığın inkişafına təkan verəcək"
17:59
Kaluqa vilayətinin qubernatoru Bakıda əməkdaşlıq məsələlərini müzakirə edir
17:57
Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı artırılıb
17:56
Azərbaycan “Dubai Port World” ilə tranzit daşımaları əməkdaşlığını müzakirə edib
17:54
BRICS XİN başçıları sentyabrın sonunda Nyu-Yorkda danışıqlar aparacaqlar
17:51
Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq
17:50
Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır
17:48
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
17:42
Qazaxıstan və Almaniya arasında Birgə Bəyannamə imzalanıb
17:40
Azərbaycan Efiopiyaya un məmulatları ixrac edəcək
17:38
Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib
17:37
İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi məsələsini öyrənirik
17:34
Azərbaycan Vyana Ticarət Palatasının turizm tədbirində təmsil olunub
17:30
Azərbaycan bir sıra ölkələrlə aqrar sahədə elmi əməkdaşlığı müzakirə edib
17:28
“AzərEnerji” “Yaşıl enerji”yə dair kompleks tədbirlərin icrasına başlayıb
17:27
Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ açılıb
17:07
Azərbaycan qazının Avropa və Türkiyəyə ixracı ilə bağlı bu il üçün proqnozlar açıqlanıb
17:03
Dövlət Xidməti: Kiberhücumların sayında kəskin artım müşahidə olunur
17:01