Bu gün saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
Azərbaycan Dəmir Yollarından AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində ciddi zədələnmiş kontakt şəbəkə sistemi qısa müddətdə bərpa edilib, bu istiqamətdə qatarların hərəkəti qrafik üzrə təmin olunub.
Hazırda dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.