Yaxın Şərqdə davam edən müharibə Türkiyənin enerji sektoru üçün müəyyən təhdidlər yaradıb.
Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, davam edən və genişlənən savaş dünya bazarında neft qiymətlərinə ciddi təsir göstərib: “Qiymətlərdə sıçrayış müşahidə olunur. Əlbəttə, biz də riskləri nəzərə alırıq”.